Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

200 minlik rüşvət və 50 manatlıq qoyunlar – Müdhiş iddialar

“Hürriyyət” qəzetinin araşdırma qrupu Kənd Təsərrüfaatı Nazirliyinin rəhbəriliyi ilə bağlı sensasion iddialarla dolu olan material hazırlayıb

PİA.AZ həmin materialı qısa ixtisarla, olduğu kimi təqdim edir:

Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başladıqdan sonra Azərbaycan hakimiyyəti bütün ümidlərini qeyri-neft sektoruna bağladı. Prezident İlham Əliyev məşhur çıxışlarından birində neft erasının artıq bitdiyini açıq şəkildə bəyan edərək, ölkəmizin yeni iqtisadi mərhələyə keçdiyini rəsmən dilə gətirdi. Müasir iqtisadi mərhələnin əsas prioritetinin isə aqrar sektor olacağı planlaşdırılır.

Son prezident seçkilərinin ardınca kadr islahatı aparılan dövlət qurumlarından birinin Kənd Təsərrüfatı Nazirliyi olması öz sahələrində ciddi dəyişikliklər gözləyən fermer təsərrüfatlarında böyük ümidlər yaratdı. Nazirliyə “ASAN Xidmət”-in qurucusu İnam Kərimovun gətirilməsi də bu ümidlərin tumurcuqlanmasında mühüm rol oynadı. Nədən ki, Azərbaycanın dünya brendinə çevrilmiş bu xidmət yeni idarəetmə ənənələrinin simvolu kimi məşhurlaşmış, bürokratik aparatın aradan qaldırılmasının, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin yeni metodologiyası kimi təqdim olunmuşdu. KTN-nin bütün kadrlarının “ASAN Xidmət” çalışanları ilə əvəz olunması da aqrar sektorun inkişaf etdiriləcəyinə inamı artırmışdı.

Son zamanlar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqədar mediada ictimailəşdirilən məlumatlar isə bütün ümidləri alt-üst edir və mövcud hakimiyyətin iliyinə qədər işləyən korrupsiyanın aradan qaldırılmasının asan olmayacağını bir daha təsdiqləyir. Xüsusilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun barəsində mediada yayılan məlumatlar KTN rəhbərliyinin təmizkar imicinə kölgə salır.

“Azəraqrar”ın bir sıra rayonlardakı, o cümlədən Beyləqandakı fəaliyyətlərinin ictimai narazılıqlara yol açdığı bir sıra faktlarla təsdiq olunur. Ölkə mətbuatının yazdığına görə, rayon sakinlərinin narazılığının səbəbi uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılmasıdır: “Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar”.

Məlumatlara inansaq, Anar Hüseynov tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayevin vazkeçilməz kadra çevrilməsinin səbəbi heç də onun qeyri-adi savadından və bacarığından irəli gəlmirmiş. Onun ulduzunu parladan əsas xüsusiyyəti “əliaçıqlığı” imiş:

“Hətta idarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda mühüm vəzifəyə gətirilməsi haqlı olaraq narazılığa, söz söhbətə səbəb olub.

Bildirilirdi ki, Hikmət Ağayevin KTN-nin “Aran Regional” İdarəsinə direktor təyin edilməsi heç də təsadüfü deyil. Məhz “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevlə maşın alveri olub və şöbə müdirinin H. Ağayevə avtomobil borcu olur və borcun müqabilində də ona vəzifə peşkəş edir” (qaynaq realmedia.az).

Mətbu orqanlarda bənzər hadisələrin Şəkidə, Göygöldə və digər rayonlarda da təkrarlandığı xəbər verilir. Məlumatların həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işi olduğundan bu barədə hər hansı mülahizələrə yol vermədən, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin fəaliyyətinin Beyləqan əhalisində yaratdığı narazılığı əks etdirən video-görüntünü oxucularımızın diqqətinə çatdırmaqla vəzifəmizi tamamlamaq istəyirik.

Video-faktlar:

“Hürriyyət”in əldə etdiyi məlumatlar bənzər vəziyyətin digər rayonlarda da yarandığını göstərir. Məlumata görə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun başı “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin keçmiş sədri Rasim Şəfiyevlə də dərddədir. İddialara görə, İnam Kərimov KTN-nə gətiriləndən sonra aparılan kadr islahatlarının qurbanı olan Rasim Şəfiyev öz kreslosunu qorumaq üçün Anar Hüseynova 200 min manat pul verib. Bildirilir ki, alınan pulun müqabilində Rasim Şəfiyevə köhnə postunu qoruyacağı vədini verən Anar Hüseynov öz sözünə əməl edə bilməyib. Bu da tərəflər arasında ciddi insidentə səbəb olub. Öz pulunun dərhal geri qaytarılmasını istəyən R. Şəfiyevin tələblərinin KTN-nə qədər çatdığı və nazirliyin külislərində ciddi müzakirə edildiyi xəbər verilir. Məlumatda o da bildirilir ki, R.Şəfiyevin Anar Hüseynova verdiyi vaxt artıq 2 gündür tamam olub və “Azəraqrar”ın yeni rəhbəri bütün yaxınlarından ianələr toplayaraq borcunu qaytarmağa çalışır.

Anar Hüseynovun rəhbərlik etdiyi qurumda bənzər “kadr islahatları”nın yalnız “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə məhdudlaşmadığı, qurumun bütün strukturlarına yayıldığı xəbər verilir. Məlumata görə, yeni sədr “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni əsl hərrac bazarına çevirib. Müəssisənin bütün şöbələri 30 min-100 min manat arasında satılır.

Maraqlıdır kı, Anar Hüseynovun “Məmləkəti-Rey hərracı”nın qalibləri də özgələr deyil. Demək olar ki, qurumun bütün strukturlarına gətirilən kadrların əksəriyyəti qohum-əqrəbalardan və dostlardan ibarətdir. Qohum-əqrəbalardan boş qalan yerlərə isə həyat yoldaşının rəfiqələri təyin olunur. Beləcə, hətta vəzifə üçün tələb olunan hədiyyəni verən özgələr “Azəraqrar”da vəzifə tutmaq şansı əldə edə bilmirlər.

“Texnikabank” təcrübəsi

Anar Hüseynovun qohum-əqrəbalardan təşəkkül tapan kadr siyasətində bəzi istisnalara yol verdiyi də qeyd olunur. Həmin istisnalardan biri Anar Hüseynovun müavinidir. Bir zamanlar “Texnikabank”ın sədri vəzifəsini icra edən və “işgüzarlığı” sayəsində bankı batıran Cəfər İbrahimovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin müavini vəzifəsinə gətirilməsi hər kəsdə təəccüb doğurub. Sual olunur: Peşəsi aqrar mütəxəssis olmayan, işgüzar karyerasında bir bankı batıracaq qədər ağır ləkə daşıyan Cəfər İbrahimovun hansı xüsusiyyəti Anar Hüseynova bu qədər cəzabədar görünüb ki, onu birbaşa özünün “sağ əli”nə çevirib?

Məlumatlı dairələr bu sualı Cəfər İbrahimovun “hərracçılıq” qabiliyyəti ilə əsaslandırırlar. Bildirilir ki, Cəfər İbrahimovun “Texnikabank”da yiyələndiyi pul silmək təcrübəsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə həm özünün, həm də müdirinin işinə xeyli yarayır. İddialara görə, sovet hökumətindən qalma sovxozların olan-qalan mülkiyyəti də məhz Cəfər İbrahimovun bankir təcrübəsi sayəsində xırd edilir. Bu işdə ikilinin ən etibarlı kadrı isə Cəfər İbrahimovun qardaşıdır. Məlumata görə, qurumun rəhbərliyi keçmiş sovxozların heyvanları ilə yanaşı, fermerlərə müftə verilən gübrələri də, torpaq sahələrini də məhz İbrahimov qardaşlarının vasitəsilə dağıdır. “Torpağa 200 kq əvəzinə 50 kq gübrə verilir. Xüsusilə Şəkidə gübrələr rüşvət müqabilində fermerlərə satılır”.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar