Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

200 dustaq koronavirusa görə  azadlığa buraxıldı

Azərbaycanda koronavirusa görə dustaqların azadlığa buraxılmasına başlanıldı...

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.

Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

***

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib:

“Artıq həmin müraciətə əsasən, cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu proses aprel ayınadək davam edəcək”.

pia.az


Etiket: Dustaq


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

"Paşinyan bizə o qədər mövzu verib ki..." - Müşviq Abbasov

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - Video

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü - Video

Generalların doğulduğu yerlər də işğaldan azad edildi

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

loading...

Ən çox oxunanalar