Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

20 yanvarda qar yağacaq, şaxta olacaq... - Sabahın havası

Sabah Bakıda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.az-a daxil olan məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağan yağıntının səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ETSN hava

Şərh yazın.


loading...

Ən çox oxunanalar