Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 yanvar qırğınının SSRİ-nin iflas etməsində rolu və SSRİ-ni yenidən bərpa etmək cəhdləri...

32 ildən sonra Rusiya rəhbərlərinin SSRİ-nin bərpasına çalışmaları nədən xəbər verir?..

Politoloq: “Bakıda törədilən qırğın və hərbi cinayət öx miqyasına görə Tiflis və Vülnüsdən çox-çox böyük idi. Həmin dövrdə göstərdiyi ləyaqət və əzmlə Azərbaycan xalqı doğrudan nə qədər böyük xalq olduğunu ortaya qoydu” .

“Tarixən bütün imperiyalar tamamilə süqut etməmişdən əvvəl bir dəfə daha ötəri yüksəliş dövrünü yaşayıb. Hazırda Rusiya da bu ötəri yüksəliş dövrünün pikini yaşayır və ola bilsin ki, yaşadığımız on illikdə Rus imperiyası yenidən və sonuncu dəfə süqut etsin”.

Bu sözləri politoloq Qabil Hüseynli 20 yanvar faciəsinin SSRİ-nin iflas etməsindəki rolunu PİA.az-a şərh edərkən qeyd edib.

20 yanvar hadisələrindən 32 il ötür. Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, bu cinayətin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Belə ki, həmin hadisələr zamanı mülki əhaliyə qarşı törədilmiş insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri yetirilməsi, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən məhz insanlıq əleyhinə cinayətlər kimi tövsif edilir.

32 il keçməsinə baxmayaraq 20 yanvar hadisələri zamanı törədilən hərbi cinayətlərə görə SSRİ-nin siyasi və hərbi rəhbərliyindən heç kim haqq etdiyi cəzaya layiq görülməyib. Onlar haqqında cinayət işi belə açılmayıb. SSRİ-nin rəsmi mirasçısı olan Rusiya Federasiyası 20 yanvarda dinc əhaliyə atəş açmaq əmri verən hərbi cinayətkarları bu 32 ildə müdafiə edib və etməkdə də davam edir.

Maraqlıdır ki, 32 ildən sonra SSRİ-nin bu və ya digər şəkildə bərpası haqqında Rusiyadan yenidən səslər eşidilməkdədir və bu artıq Rusiya rəsmilərinin dilindən belə səsləndirilir.

Bəs bütün 20 yanvar faciəsinin SSRİ-nin iflas etməsində rolu haqda nə demək olar və 2 ildən sonra Rusiya rəhbərlərinin SSRİ-nin bərpasına çalışmaları nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Tarixin təkərini geri çevirmək mümkün olmadığı kimi, SSRİ-nin bərpası da tamamilə mümkümsüzdür”.

Rusiyanın ora-bura vurnuxmasının, eyni zamanda beynəlxalq münasibətləri, beynəlxalq hüquq normalarını pozmasının ona heç bir şey qazandırmayacağını bildirən politoloq PİA.az-a bildiirb ki, ola bilsin ki, hələ 19-cu əsrdə xalqlar həbsxanası adlanan və bu missiyasını hələ də davam etdirən Rusiya yenidən milli, etnik əlamətlərə görə daha bir parçalanma ilə baş-başa qalsın:

“20 yanvar hadisələri can verməkdə olan imperiyanın sonuncu qırğın və terror addımları idi. Çünki həmin dövrdə bütün müttəfiq respublikaların böyük hissəsində milli azadlıq hərəkatı başlamışdı. Buna görə də SSRİ-nin yıxılması aydın surətdə özünü göstərməyə başlamışdı. SSRİ-nin iflasında istər Tiflis, istərsə də Vülnüs qırğınları müəyyən rol oynadı. Lakin həll edici rolllardan biri 20 yanvarda Bakıda törədilən qırğın oldu. Çünki Bakıda törədilən qırğın və hərbi cinayət öx miqyasına görə Tiflis və Vülnüsdən çox-çox böyük idi. Həmin dövrdə göstərdiyi ləyaqət və əzmlə Azərbaycan xalqı doğrudan nə qədər böyük xalq olduğunu ortaya qoydu. O günlərdə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və qürur, eyni zamanda hüzn əzəmətli idi və o günlər Azərbaycan xalqının tarixən yenidə doğulması idi.

Kimlərsə, yenidən SSRİ-ni bərpa etmək cəhdlərincə gəlincə isə, deyim ki, bütün bu cəhdlər heç bir uğurlu nəticəyə aparıb çıxara bilməz və bu cəhdləri edənlər ciddi səhv ediblər. Tarixin təkərini geri çevirmək mümkün olmadığı kimi SSRİ-nin bərpası da tamamilə mümkümsüzdür. Sadəcə olaraq bu iddia ilə yaşayanlar tarixdən dərs götürməlidirlər və yeni qırğınlara aparacaq yollara düşməməlidirlər.

Qabil Hüseynli: “Kremldə ya da Kremldən kənarda kimlərsə Rusiyanı əvvəlki gücünə qaytarmaq istəyə bilər, ancaq “xalqların həbsxanası” adlanan Rusiyanın yenidən milli, etnik əlamətlərə görə bir daha parçalanması qaçınılmazdır”.

Buna görə də Rus imperiyasını əvvəlki gücündə və miqyasında bərpa etmək üçün Rusiyanın ora-bura vurnuxması əbəsdir. Rusiya hər zaman beynəlxalq hüquq normalarını, beynəlxalq münasibətləri pozan ölkə olub və bu gündə bu siyasətini davam etdirməkdədir. Bu gün Ukraynada, Qarabağda, Gürcüstanda və digər keçmiş sovet Respublikalarında yaşanan hadisələrə, tökülən qanlara görə Rusiya məsuliyyət daşıyır və rus xalqı da artıq öz məsuliyyətini başa düşməlidir.

Tarixən bütün imperiyalar tamamilə süqut etməmişdən əvvəl bir dəfə daha ötəri yüksəliş dövrünü yaşayıb. Hazırda Rusiya da bu ötəri yüksəliş dövrünün pikini yaşayır və ola bilsin ki, yaşadığımız on illikdə Rus imperiyası yenidən və sonuncu dəfə süqut etsin. Rusiya hələ 19-cu əsrdən “xalqların həbsxanası” adlandırılb və bu gündə o həbsxanadan çıxmaq istəyən onlarla xalq var və o xalqların böyük əksəriyyəti də türk xalqlarıdır. Kremldə ya da Kremldən kənarda kimlərsə Rusiyanı əvvəlki gücünə qaytarmaq istəyə bilər, ancaq “xalqların həbsxanası” adlanan Rusiyanın yenidən milli, etnik əlamətlərə görə bir daha parçalanması qaçılmazdır. SSRİ-ni bərpa etmək istəyən güclər sadəcə bu prosesi sürətləndirirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar