Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 Yanvar faciəsi haqqında ABŞ mətbuatında məqalə dərc edilib - Foto

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsi haqda yazdığı məqalə 19 yanvar 2021-ci il tarixində ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.

Bu barədə Baş Konsulluqdan xəbər verilib.

Bildirilib ki, məqalədə baş konsul 31 il əvvəl 20 yanvar 1990-cı ildə 26 minlik Sovet ordusunun Bakı şəhərinə hücum edərək qadın, uşaq və qocalar da daxil olmaqla, dinc əhaliyə qarşı qırğınlar törətdiyini bildirir. O, Qanlı Yanvar faciəsindən öncə regionda baş verən proseslərə işıq salır.

N.Ağayev 1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı proqramların başlandığını, Yerevan rəsmi dairələrinin dəstəyilə erməni quldurlarının azərbaycanlılar məskunlaşan kəndlərə hücum edərək yüzlərlə azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırır. O, bunun ardınca azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi prosesinin başlandığını və nəticədə 250 mindən çox azərbaycanlının Ermənistandakı öz doğma yurdlarından qovulduğunu yazır. Həmçinin, eyni vaxtda Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları qaldırdığını bildirir.

Baş konsul bütün bu ədalətsizliklərin və SSRİ rəhbərliyinin ermənipərəstliyinin Azərbaycanda ciddi ümumxalq etirazlarına səbəb olduğunu və kütləvi nümayişlərə gətirib çıxardığını, bu nümayişlərin də tezliklə milli azadlıq hərəkatına çevrildiyini vurğulayır.

Müəllif bu hərəkatdan ciddi narahatlıq keçirən SSRİ rəhbəri Qorbaçovun Bakıya qoşun yeridərək mülki insanları öldürməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güddüyünü, ancaq bu məqsədinə nail ola bilmədiyini yazır. Faciədən dərhal sonra, komendant saatı tətbiq olunmasına baxmayaraq, milyondan artıq azərbaycanlının Bakı küçələrinə axışaraq, faciə qurbanlarını yad etdiklərini və bu vəhşi cinayəti qətiyyətlə pislədiklərini bildirir.

Baş konsul Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin faciədən sonra Azərbaycan SSR-nin Mokvadakı daimi nümayəndəliyinə gedərək hadisəni kəskin şəkildə qınadığını, H.Əliyevin nümayiş etdirdiyi bu qətiyyətli mövqeyin Azərbaycan xalqını daha da ruhlandırdığını və faciədən qısa müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğunu bildirir.

N.Ağayev məqalədə həmçinin Azərbaycanın müstəqillik tarixi, ölkəmizdə mövcud olan dinlərarası harmoniya və multikulturalizm ənənələri haqda yazır.

Baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi dinamiklik və siyasi sabitliyin hökm sürdüyü önəmli geosiyasi gücə çevrildiyini bildirir. O, iqtisadi gücünə görə Azərbaycanın Cənubi Qafqazda ən güclü dövlət, keçmiş Sovet İttifaqı ölkələri içərisində ən güclü dövlətlərdən biri olduğunu, yüksək strateji önəm daşıyan qitələrarası enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayır.

N.Ağayev həmçinin ötən il Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini qeyd edərək, gündən-günə qüdrətlənən Azərbaycanın gələcəyə böyük əminliklə baxdığını bildirir.

pia.az 


Etiket: 20 Yanvar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar