Rusiyada həkimlər əməliyyatla 2 yaşlı bir uşağın mədəsindən 209 maqnit topu çıxarıb.
Yenisabah.az xəbər verir ki, iki saata yaxın əməliyyat keçirən körpənin səhhətinin yaxşı olduğu bildirilib. Çıxarılan maqnit toplarının bəzilərinin mədə xorasını deşə biləcək kəskin kənarları olduğu ifadə edilib.
Bildirək ki, körpə maqnit topunu iki ay əvvəl udub.
pia.az