Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2 gün yox, azı 3 gün küçəyəçıxma qadağası tətbiq olunsun – Baş infeksionist

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində xüsusi karantin qaydalarının sərtləşdiriləcəyi, küçəyəçıxma qadağasının tətbiq olunacağı açıqlandı...

Bununla yanaşı, artıq 3 gündür insanlar tələb olunan yerlərdə maska taxmadığı üçün cərimələrin tətbiqinə başlanılıb. Maraqlıdır, bunların effektivliyi olacaqmı? Maska bizi nə qədər qoruya bilər? İnsanlar nə zaman vəziyyətin ciddiyilini başa düşəcək?

Baş infeksionist Cəlal İsayev sualları cavablandırıb.

- Doktor, fevral ayından bəri COVID-19 infeksiyası ilə yaşayırıq. Bu müddətdə maskalar bizi nə dərəcədə qoruya bilib?

- Tibbi-cərrahi maska uzun müddət istifadə oluna bilməz. Bu maskaları iki saat müddətində taxa bilərik. Amma sonradan başqa maska taxılması vacibdir. Bu maskaları evdə də müvafiq materialdan hazırlayıb istifadə etmək olar. Maskadan istifadə bizi xəstələnməkdən qoruyur. Maskaların qoruyuculuğu təxminən 50-70 faizdir. Maska insanın ağız və burun boşluğundan ifraz etdiyi virusların qarşısını alır.

- Rus alimləri iddia edirlər ki, maskanın uzun müddət taxılması bronxial astma və göbələk xəstəlikləri yarada bilər. Bu doğrudurmu?

- İnsanda bronxial astmanın əsası olmasa, maska xəstəliyin yaranmasına səbəb olmur. Bronxial astmanın əsası, potogenezi olmalıdır. Onun əsasında müəyyən faktor dayanmalıdır. İnsan maska taxdıqda o faktorlardan biri tənəffüs yolunu qıcıqlandıraraq xəstəliyin baş qaldırmasına səbəb ola bilər. Bronxial astma allergik xəstəlikdir.

- Yay fəsli gəlib. İnsanlar da istini bəhanə edərək maska istifadəsindən imtina edirlər. Bəs nə edək ki, özümüzü qoruya bilək?

- Koronavirus hava-damcı yolu ilə yayılan infeksiyadır. Belə infeksiyaların profilaktikasında, inefksiya əleyhinə mübarizə tədbirlərində maska və resperatorların mühim rolu var. Maska, məsafənin gözlənilməsi, sosial tədcrid hava-damcı infeksiyası ilə mübarizədə əsas profilaktik tədbirlərdən birdir. Xəstəlik təmas və ya qida vasitəsilə də keçə bilər. Birinci ön planda hava-damcı infeksiyası kimi maskadan istifadə etmək, sosial təcridə əməl eləmək, kütləvi yerlərdən uzaq qalmaq kimi göstərişlərə əməl etmək lazımdır.

- Ötən brifinqdə Operativ Qərargah əhaliyə müraciət etdi. Necə düşünürsüz, yenidən əvvəlki rejimə qayıtmalıyıqmı?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın hazırladığı tövsiyələrin məqsədi sağlamlığımızın qorunmasıdır. Əgər biz o tövsiyələrə əməl etsək, xəstəlik belə geniş yayılmaz. Bizdən çox şey asılıdır. İnsanlar məsuliyyət hiss edib, tövsiyələrə əməl etməlidir. Bu tövsiyələrə əməl etməklə özümüzü, yaxınlarımızı qoruyur və cəmiyyətdə digər vətəndaşlarımızın xəstələnməsinin qarşısını alırıq. Bunlara əməl etmək çətin deyil axı. Bilmirəm, insanlar niyə buna səhlənkar yanaşırlar? Üstəlik sosial şəbəkələrdə yazılanları həkimin, mütəxəssisin verdiyi məsləhətdən üstün tuturlar. O məsləhətləri verən insanların heç təbabətdən xəbərləri yoxdur, amma insanlara ağıl verirlər. Bu, bizim ümumi dərdimizdir, məlumatı olub-olmayan hər kəs nəsə yazır. Bütün dünya koronavirusla mübarizə aparır, bizim insanlar virusun olmadığını iddia edir.

- Doktor, küçəyəçıxma qadağasının effektli olacağını düşünürsünüzmü?

- Küçəyəçıxma qadağası hələlik başlanğıc dövrü üçün tətbiq olunur və test xarakteri daşıyır. Bu sistem Türkiyədə tətbiq olunub və kifayət qədər effektini göstərib. Mən də təklif edirəm ki, 2 gün yox, azı 3 gün küçəyəçıxma qadağası tətbiq olunsun. Ən azından cümə, şənbə və bazar günləri bu qadağanın tətbiqi təmasları azaldaraq effektivliyini göstərəcək. Eybi yoxdur, bir gün insanlar işə çıxmasın, onsuz da 2 ay işləmədilər.

- Sizcə, bu qadağalarla nə qədər yaşayacağıq? Proqnozunuz varmı?

- Qaydalara əməl etdiyimiz təqdirdə, bunun nəticəsi görüləcək və tez bir zamanda bunu hiss edəcəyik. Bu tədbirləri görərək, yoluxmaların qarşısını alamağa çalışırıq. Amma qaydalara riayət etsək, inanın ki, bu qadağalara ehtiyacımız qalmaz. Əməl etmirik. Ötən gün izlədim, polislə mübahisə edirlər, lakin sonra "səhv etmişik, gərək etməzdik" deyirlər. Bu maskanı polisdən ötrü taxırsınız? Biz gör nə günə qalmışıq ki, kimsə bizə nəzarət eləməlidir, maska taxdırmalıdır ki, öz sağlamlığımızın qeydinə qalaq. Bu dünyanın heç bir yerində görülməyib. (Teleqraf)

pia.az


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar