Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2-ci qrup əlil Cahangir Əsgərovdan şikayət etdi


Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü, 2-ci qrup gözdən əlil Bəxtiyar Səfərəliyev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də hüquqlarının pozulduğunu iddia edir


PİA.AZ bildirir ki, Bəxtiyar Səfərəliyev "Qafqazinfo"ya müraciətində bildirib ki, bir neçə dəfə çalışdığı yerdən heç bir əsas olmadan xaric olunub və bu onun ailə vəziyyətinə ciddi ziyanlar vurub: 


“2003-cü ildən “AZAL” Milli Aviasiya Şirkətində müəyyən vəzifələrdə çalışmışam. 2008-ci ilin noyabr ayında tutduğum vəzifənin ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv ediləcəyi barədə mənə xəbərdarlıq edildi. QSC-nın prezidenti Cahangir Əsgərova yazılı müraciət etdim. Müraciətimə verilmiş cavab məktubunda hazırda Cəmiyyətdə struktur dəyişiklikləri aparıldığından münasib iş təklif etmək imkanının olmadığı bildirilirdi. Lakin AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasovun imzası ilə mənə ünvanlanan 16 yanvar 2009-cu il tarixli məktubda artıq Cəmiyyətdə struktur dəyişiklikləri aparıldığından və ştatların ixtisarı ilə əlaqədar xahişimin yerinə yetirilməsinin imkan xaricində olduğu bildirilirdi. Nəticədə uzun müddət işsiz qaldım, ailəm maddi imkansızlıqdan əziyyət çəkdi". 

Şikayətçi qeyd edib ki, bir müddət sonra AZAL-a işə qəbul olunsa da yenidən bu işindən də azad olunub: “Mənə Cəmiyyətdə müvafiq vakant yerlərin mövcud olmadığı bildirilir. Bu gün mən çətin həyat şəraitində yaşamağa məhkum edilmişəm. Əlilliyə görə aldığım pensiya nəinki iki azyaşlı övladımı dolandırmağa, onların minimum ehtiyaclarını ödəməyə, heç özümə belə kifayət etmir. Sağlamlıq inkanlarımın məhdud olması isə mənim bir çox işlərdə çalışmağımı əngəlləyir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar