Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1997-сi ildə müxalifət lideri Etibar Məmmədov öldürüləcəkmiş?

Pənah Hüseyn: “Ad çəkilməməsi çox şey deyir”; Əli Orucov: “Bu qətllə bağlı sirr pərdəsi götürülməyib”


“Yeni Müsavat”ın son saylarında akademik Ziya Bünyadovu qətlə yetirən və ömürlük həbs cəzası alan Nizami Nağıyevin silsilə xarakterli müsahibələri ölkə gündəminə çevrilib. 

Qəzetimizin ötən sayında isə qatil bildirib ki, Z.Bünyadovdan əvvəl bir müxalifət liderini öldürmək planları da olub, lakin bundan vaz keçiblər.

Bu iddia 1997-ci ilin bu günlərində hansı müxalifət liderinin hədəfdə olması ilə bağlı suallar yaradıb. Məlumdur ki, həmin vaxt ölkə müxalifətinin əsas lideri mərhum prezident Əbülfəz Elçibəy idi ki, o da doğulduğu Kələki kəndində idi və ölkəyə girişi yasaqlanmışdı. Eyni zamanda həmin il 1998-ci il seçkilərinə az müddət qalırdı və müxalifət hələ seçkiləri boykot etməmişdi. Amma bununla belə, ən güclü illərini yaşayan demokratik düşərgənin o zaman Müsavatın başqanı olan İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov kimi nüfuzlu liderləri var idi. Yəni istənilən halda bütün diqqətlər bu iki şəxsin üzərinə yönəlir. Hər halda, Ə.Elçibəy və İ.Qəmbərin iştirak etmədiyi 1998-ci seçkilərində Etibar Məmmədov ciddi səs toplamağı bacarmışdı.

Pənah Hüseyn ile ilgili görsel sonucu

Həmin vaxtlar müxalifətin əsas simalarından olan AXP sədri, sabiq baş nazir Pənah Hüseyn  səslənən fikirlərlə bağlı bunları dedi: “O, həbsdə olan  şəxsdir. Fikirlərinə şəxsinin fikirləri kimi baxmaq lazımdır. Əslində müxalifət lideri deyərkən ad çəkməməsi çox şey deyir. 1997-ci ildə xalqı küçələrə çıxarmaqla bağlı dediklərini anlaya bilmədim. Sifarişçilərin xalqı nə üçün küçələrə çıxarmaq istəmələri barədə də dolğun fikirlər yoxdur. 90-cı illərdə məlumdur ki, çox ciddi proseslər baş vermişdi. 1993-cü ildən sonra tamamilə yeni bir situasiya yaranmışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri baş verdi. Bunlar çox ciddi siyasi proseslər idi. Ən müxtəlif cəbhələrdən müxtəlif qüvvələr proseslərə əhəmiyyətli təsir imkanlarına malik idilər. Demokratik Konqres var idi. Burada birləşmiş qüvvələrin fəaliyyətini qeyd etmək lazımdır. O zaman əsas siyasi qüvvə Demokratik Konqres idi. 1997-98-ci illərdə ən ciddi siyasi proseslər gedirdi. Prezident seçkiləri ilə bağlı on minlərlə, bəlkə də artıq insanın iştirakı ilə aksiyalar başlayırdı. Bu baxımdan, açığı, bu şəxsin dedikləri inandırıcı görünmür.

1998_1026_SIDSUH.JPG (23 KB)

Çünki xalqı küçələrə çıxarmağa ehtiyac yox idi. Çünki aksiyalara onsuz da insanlar çıxırdı, yaxud çıxası idilər. Onu qeyd edim ki, o zamanlar insanları aksiyalara çıxarmaq üçün tamam fərqli qüvvələrin təsir imkanları daha geniş idi. O dövrdə SİDSUH da formalaşmışdı, yəni əsas siyasi qüvvələr bir arada idilər. Bu baxımdan insanları küçələrə çıxarmaq üçün belə bir qətlin törədildiyi fikirləri inandırıcı görünmür. Çünki qətldən öncə və sonralar yüz minlərlə insanın iştirakı ilə o dövrün müxalifəti mitinqlər keçirmişdi. Sizin qəzet başda olmaqla, KİV-lərdə bu barədə kifayət qədər məlumatlar var. Hətta deyərdim ki, ən geniş məlumatları məhz ”Yeni Müsavat” verib. Bir faktı da deyim, baxmayaraq ki, 1998-ci il seçkilərini müxalifətin əsas aparıcı qüvvələri boykot etmişdi, amma seçkilərə qatılan Etibar Məmmədov ciddi nəticələr qazanmağa nail olmuşdu. Kimsə həbsxanadan nəsə deyirsə, bu başqa məsələdir”.

AMİP katibi Əli Orucov o dövrdə E.Məmmədovun təhlükəsizliyinin ciddi qorunduğunu söylədi: “Üzərindən illər keçəndən sonra mərhum akademik Ziya Bünyadovun qətli barədə yeni versiyaların və iddiaların ortaya çıxması maraq doğurur. Bu qətllə bağlı hələlik sirr pərdəsi götürülməyib. Deyilənləri hüquq-mühafizə orqanları yenidən araşdırmalı, əsl həqiqətin üzə çıxarılmasına çalışmalıdır. Bu qətldən sui-istifadə edənlər, hakimiyyətdaxili qruplaşmaların bir-birini sıradan çıxarmaq cəhdlərinin də istintaqın və məhkəmənin gedişində olması müşahidə edildi. Onun öldürülməsini ”Hizbullah”a da bağladılar. Mən bilmirəm təzədən söylənilənlər nə qədər həqiqidir. Amma ağılabatan odur ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa və qarşıdurma yaratmağa çalışırdı. Bunun üçün hər cür təxribatlar masada olub. Amma Etibar Məmmədovun təhlükəsizliyi həmin dönəmlərdə çox ciddi qorunurdu. Ehtimal etmirəm ki, belə bir qəsd planı baş tuta biləydi. Digər tərəfdən, prezidentliyə iddiaçılar arasında Əbülfəz Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Lalə-Şövkət də var idi. Hədəf bu liderlərin hər biri ola bilərdi (İlyas İsmayılov, Rəsul Quleyev də iddialılar arasında idi). O dövr çox qarmaqarışıq və gərgin dövr idi. Amma Ziya Bünyadov kimi görkəmli bir ziyalının, alimin, sözü qorxmadan deyə bilən, cəsarətli bir insanın qətli çox ağır itki idi. Hər biri hədəf ola bilərdi. Çünki bu minvalla məqsəd ölkədə qarışıqlıq yaratmaq, dövlətə inamı sarsıtmaq və beynəlxalq imici zədələmək, beləliklə də basqıları artırmaq ola bilərdi. Həmin dövrlər Azərbaycana həm Rusiyanın, həm İranın, həm də Qərbin davamlı və ciddi təzyiqləri vardı. Bu gün uğurla irəliləyən beynəlxalq iri kommunikasiya xətlərinin və iri layihələrin həyata keçməsinə mane olmağa çalışılırdı. Xüsusən də Moskva və Tehran bu işdə çox fəal idi. Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı. Bu, mərhum prezident Əbülfəz Elçibəyin özü də ola bilərdi. Nəzərə almaq lazımdır ki, Elçibəy 1997-ci ilin oktyabrında Bakıya qayıdıb. Ziya Bünyadov da həmin ilin fevralında qətlə yetirilib. Bu baxımdan ilk ağıla gələn hədəf, məncə, Ə.Elçibəy ola bilərdi. Bütün maraqlı tərəflərə Elçibəyin ortadan götürülməsi sərf edərdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar