Bazar ertəsi, 03 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

190 manatlıq yardım prosesi niyə uzanır?

"Prosesi uzatdılar ki, iyul ayı üçün ayrıca vəsait verilməsin"... 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın verilməsinin gecikməsi səbəbindən danışarkən deyib.

Onun sözlərinə görə, iyulun 3-də Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Şahmar Mövsumov çıxışında bu həftədən etibarən işsiz vətəndaşlar üçün nəzərdə tutulan 190 manatın verilməsinə başlanılacağını deyib:

"Hökümət bu pulu iki ay - iyun-iyulu vermək istəmir. Yəqin ki, qərar belə olacaq. İki 15 günü birləşdirib bir 190 manat verəcəklər. Buna görə də prosesi uzatdılar ki, iyul ayı üçün ayrıca vəsait verilməsin. Vətəndaşa iyul ayına olan vəsaiti vermək istəmirlər. 190 manatın verilməsinin gecikməsinə səbəb budur”.

Natiq Cəfərli bildirib ki, hökümət həmişə vətəndaşlara çatacaq pula qənaət edir:

"Amma bunu bilməlidirlər ki, onların vətəndaşa verdiyi vəsait iqtisadiyyatın canlanmasında mühüm rol oynayır. Çünki vətəndaş o pulu alan kimi bazarlıq edib, kommunal xərclərini ödəyir".

pia.az 


Etiket: Yardım


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müddət sentyabrın 1-dək uzadıldı – Baş Nazirdən qərar

Zirəddin Rzayevin koronavirus proqnozu düz çıxdı - Daha nələr olacaq?

“Özünü müxalifət adlandıranların Ramiz Mehdiyev klanına işlədikləri daha aydın görünür”

"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"

Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır – Bir fotonun izi ilə

Müdafiə Nazirliyi Polad Həşimovun şəhid olduğu yerlə bağlı məlumat yaydı

Paşinyandan etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - Video

Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər?

Koronavirus nə üçün yaradıldı? - Sensasion açıqlama

Rusiya-Belarus sərhədində faktiki hərbi vəziyyət hökm sürür, hər iki tərəf postlar qurur - Fotolar

loading...

Ən çox oxunanalar