Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

190 manatın ödənilməsi ilə bağlı suallara aydınlıq gətirildi - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox verilən suallara aydınlıq gətirib...

Nazirlikdən verilən məlumatda bildirilir ki, müraciət üçün 3 üsuldan biri təklif olunur:

1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq.

2. e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə.

3. İnternetə çıxış imkanları olmayan işsizlər Məşğulluq mərkəzlərinə zəng edərək.

Məlumatda bildirilir ki, aprelin 1-nə qədər işsiz statusu alan vətəndaşın birdəfəlik ödəməni almaq üçün yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Birdəfəlik yardımı (190 manat) almaq üçün elektron qeydiyyatdan keçdikdən sonra cavab həmin şəxsin mobil nömrəsinə sms vasitəsilə göndəriləcək.

Qeyd edilib ki, nazirlik tərəfindən elan olunmuş qrafik əsasında qeydiyyatdan keçə bilməyənlər 190 manat birdəfəlik ödəməni almaq hüququnu itirmirlər. Belə ki, qrafik üzrə müraciət vaxtı bitdikdən sonra (aprelin 12-dən) hər hansı məhdudiyyət olmadan müraciət mümkün olacaq.

Ödəmə ailədə sosial ödəniş almayan ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladına veriləcək. Bundan əlavə, şəxs öz arvadı ilə birlikdə bir ailə sayıldığı üçün (ər və ya arvaddan birinin) ayrıca müraciət hüququ var. Valideynləri isə digər ailə sayıldığından (ər və ya arvaddan birinin) ayrıca müraciət edə bilər. 15 yaşdan yuxarı əmək qabiliyyətli şəxsin özünün də fərdi qaydada müraciət etmək hüququ var. Eyni zamanda valideynlərin (ər və ya arvaddan birinin) ayrıca müraciət etmək hüququ var. Əgər və ya arvaddan biri xarici ölkə vətəndaşıdırsa, digəri 190 manat birdəfəlik ödəməni almaq hüququna malikdir. Aliment alan işsiz qadının da birdəfəlik ödəməni almaq hüququ var.

Mobil nömrəsi öz adına olmayan şəxslər sosial.gov.az saytında “Müraciət bölməsində” müvafiq Məşğulluq Mərkəzinin qeyd olunmuş telefon nömrələrindən birinə zəng edərək qeydiyyatdan keçə bilərlər. Müraciət üçün qeydiyyat və yaşadığın ünvanın fərqli olması maneə yaratmır.

Nazirlik birdəfəlik ödəmə üçün nəyə görə 190 manat müəyyən edilməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.(APA)

pia.az


Etiket: 190 manat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar