Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

190 manat birdəfəlik ödəmənin alternativi olacaq? - İqtisadçıdan şərh

Ölkədə hələ də karantin rejimi davam edir. Birdəfəlik müavinatın uzadılması ilə bağlı isə rəsmi şəxslərdən heç biri söz deməyib...

İqtisadçı-ekspert: “Qeydiyyatdan keçmiş müvafiq şəxslər üçün ən azından 100 manatlıq ödənişlərin edilməsi təmin edilməsi daha məqsədəuyğun olar”.

“Əslində indiki şərtlər daxilində əlavə bir mexanizmin yaradılması çətin olar. Çünki yeni mexanizmin yaradılması üçün vaxt lazımdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov 190 manatlıq birdəfəlik ödəmənin bitməsini və alternativ addımların atılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, ölkədə karantin rejimi ilə bağlı əhaliyə 2 ay müddətində 190 manat birdəfəlik ödəmə verilirdi. Birdəfəlik ödəniş əilkun olaraq 200 min insan üçün nəzərdə tutulurdu. Amma sonra dövlət başçısı bu yardımı 3 dəfə genişləndirdi və 600 minə çatdırıldı. Belə ki, aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməlidir.

Dünən isə 190 manata birdəfəlik ödəmə müddəti sona çatdı. Amma ölkədə hələ də karantin rejimi davam edir. Birdəfəlik müavinatın uzadılması ilə bağlı isə rəsmi şəxslərdən heç biri söz demədi.

Bəs əhalinin bu vəziyyətində birdəfəlik ödəməni əvəzləyəcək hansısa alternativ addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Daha yaxşı olar ki, mövcud mexanizmin müddəti artırılsın”.

Məlumat bazasının və müəyyən insanlarla bağlı müraciətlərin də qəbul olunduğunu vurğulayan iqtisadçı-ekspert əlavə edib ki, sadəcə olaraq bu istiqamətdə qərarın qəbul edilməsi, vəsaitin təmin edilməsi, prosesin qısa müddət ərzində icrası və eyni zamanda vətəndaşların da 15 gün müddətinə sosial müdafiəsi təmin edilə bilər:

“Əslində indiki şərtlər daxilində əlavə bir mexanizmin yaradılması çətin olar. Çünki yeni mexanizmin yaradılması üçün vaxt lazımdır. Lazım olan vaxt çox, amma karantin müddəti azdır.

Bildiyimiz kimi karantin müddəti 15 gün artırıldı. Buna görə də daha yaxşı olar ki, mövcud mexanizmin müddəti artırılsın. Yəni birdəfəlik ödənişin, 190 manatın ödənilməsi mexanizmini 15 gün müddətinə qeydiyyatdan keçmiş müvafiq şəxslər üçün ən azından 100 manatlıq ödənişlərin edilməsi təmin edilsin.

Bu daha yaxşı və çevik mexanizm olar. Çünki məlumat bazası var və müəyyən insanlarla bağlı müraciətlər də qəbul olunub. Sadəcə olaraq bu istiqamətdə qərarın qəbul edilməsi, vəsaitin təmin edilməsi, prosesin qısa müddət ərzində icrası və eyni zamanda vətəndaşların da 15 gün müddətinə sosial müdafiəsi təmin edilə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar