Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

18 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib


Komitədən verilən məlumata görə, hərracda 18 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.

Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı qeyd etmək olar. Əmlakın ümumi faydalı sahəsi 240 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Bundan başqa, prosesdə özəlləşdirilən Respublika Təsərrüfat hesablı Poliklinikası da səhiyyə sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Əmlak paytaxtın Nəsimi rayonunda yerləşir. Eyni zamanda, Şəmkir şəhərində yerləşən Ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.



Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 3-ü Suraxanıda, 2-si müvafiq olaraq Nərimanov və Nəsimidə, digərləri isə Yasamal, Xətai, Nizami rayonlarındadır. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə DaşkəsənBeyləqan rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 13 kv.m ilə 145 kv.m arasında dəyişir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 14 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsidir. Prosesdə Şirə sexinin yarımçıq tikilisi də özəlləşdirilib. Əmlak Cəlilabad rayonunda yerləşir.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac noyabrın 28-də keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar