Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

182 nəfər məsuliyyətə cəlb olundu - Qanunsuz balıq ovuna görə

"Ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilən tədbirlər nəticəsində bu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb"...

Bunu Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

O bildirib ki, ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilib: "Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürülüb".

E.Süleymanov vurğulayıb ki, cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib: "İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə agentliyə göndərilib".

"Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb. Xəzər dənizinin sahilində Yerin təkinin qorunması və istifadə qaydalarını pozaraq qanunsuz qum, balıqqulağı yüklədiklərinə görə vətəndaşlar saxlanılıb, sənədləşdirilib və təhqiqata təhvil verilib" - deyə o əlavə edib.

pia.az


Etiket: ETSN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar