Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

18 yaşa qədər ana olanların statistikası

Azərbaycanda ötən il (2018-ci ildə) 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2 129 uşaq doğulub...

Qeyd edək ki, sözügedən rəqəm 2017-ci ildə 2 421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296, 2013-cü ildə 2 855, 2012-ci ildə 3 236, 2011-ci ildə 4 392, 2010-cu ildə isə 4 103 olub.

Həmçinin 1990-ci ildən etibarən ən böyük rəqəm 2011-ci ildə (4 392), ən kiçik rəqəm isə 1990-cı (151) ildə qeydə alınıb.

Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan vəkil Leyla Bədəlova bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin bu tip cinayətlərə görə məsuliyyət zərərçəkmiş şəxslə bu əməli törətmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Qanunla hər hansı razılığın olub-olmaması heç bir önəm daşımır. İstənilən halda 16 yaşınadək şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır”.

L.Bədəlova əlavə edib ki, Cinayət Məcəlləsində ana olmağın yaşı ilə bağlı olaraq hər hansı bir məsələ nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

pia.az


Etiket: ana körpə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar