Şəmkir sakinini ilan sancıb
Rayonun Muxtariyyə kənd sakini, 2000-ci il təvəllüdlü Yusifli Yusif Ramil oğlu həyətyanı sahələrində işləyərkən ilan onun əlindən sancıb.
O, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab köçürülüb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.(APA)
pia.az