Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

17 uşaq bağçası cəzalandırıldı



“Həmin bağçalarla bağlı iradlar bildirilib”


Təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulub.

PİA.AZ  AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, ötən tədris ilində bununla bağlı çoxlu problemlər olsa da bu dərs ilində belə hallar aşkarlanmayıb. Komitə sözçüsü onu da qeyd edib ki, 2013-2014-cü ilin 9 ayı ərzində 17 bağçada ciddi nöqsanlar aşkarlanıb. Bu bağçalarla bağlı qərarlar qəbul olunub və müvafiq instansiyalara göndərilib:

“Bundan başqa 70 bağçada monitorinq aparılıb. Yoxlamalar zamanı hər bir bağçada irili-xırdalı nöqsanlar aşkarlanıb. Həmin bağçalarla bağlı iradlar bildirilib. Bağçalar artıq nöqsanları aradan qaldırıb. Tədris müəssisələri keçən ilki problemləri nəzərə alıb bu il həmin problemləri aradan qaldırıblar. Ötən il bu standartın tələbləri yeni tətbiq olunduğundan heç bir məktəb buna hazır deyildi. Amma bu gün 99% məktəblər təmir olunub, avadanlıqlarla təchiz olunub. Bu sahə ilə məşğul olan müvafiq şirkətlər yaranıb. Onlar da keyfiyyətli məhsullar təqdim edirlər. Təbii ki, demək olmaz ki, bu, 100% düzəlib. Hər hansı təhsil müəssisəsində oxuyan şagirddə hər hansı narahatlıq olarsa və o müəssisədə qazlı içkinin, çipsinin, kremli tortların satışı aşkar olunarsa, bizə müraciət etsinlər və biz həmin müəssisədə yoxlamalar aparaq”, - deyə Fazil Talıblı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulub.

Qidalanma üzrə dövlət standartına əməl etməyən təhsil müəssisələrinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən cəzalandırılacağı da deyilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar