Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

16 yaşında transfer edilən ən bahalı 10 futbolçu


Hər mövsümlərarası fasilədə futbol azarkeşləri böyük transfer “bomba”ları gözləsə də, ildən-ilə belə keçidlərin sayı azalır


Apasport.az saytı xəbər verir ki, bunun əsas səbəbi nəhəng klubların artıq gənc oyunçulara üstünlük verməsidi.
 
Təsadüfi deyil ki, indi əksər böyük klublar gələcəyə yatırım məqsədi ilə milyonlarını hələ heç kimin tanımadığı gənclər üçün xərcləyirlər. Madrid “Real”ının “Flamenqo”dan 16 yaşlı Vinisyus Junioru astronomik məbləğə alması da bunun əyani sübutudu. “Kral klubu” Braziliya təmsilçisinin heyətində cəmi 2 oyuna çıxan hücumçu üçün nə az, nə çox, düz 45 milyon avro xərc çəkib. Hələ yeniyetmə yaşından gələcəyin ulduzu hesab edilən Vinisyusun 18-19 yaşında “Real”ın aparıcı simasına çevrilməsi heç də təəccüblü olmaz.
 
Azərbaycanda isə nəinki 16, hətta 20 yaşlı futbolçu da Premyer Liqada oynamağa hazır sayılmayanlar arasında göstərilir. Müqayisə üçün deyək ki, geridə qalan mövsümdə çempionatımızda iştirak edən ən gənc futbolçuların 18 yaşı olub. Bunlar Süleyman Əhmədov, Murad Qayalı, İbrahim Əliyev və Fərid Nəbiyevdi. Bir çox azarkeşlərin tanımadığı bu gənclər də formal xarakter daşıyan son tur matçlarında bir neçə dəqiqə meydanda ola biliblər.
 
Futbol ictimaiyyəti 22-23 yaşları olan Elşən Abdullayev, Məqsəd İsayev, Coşqun Diniyev, Sadiq Quliyev, Adil Nağıyev, Abbas Hüseynov, Rahil Məmmədov, Fəhmin Muradbəyli, Mirabdulla Abbasov və Elvin Camalovu hələ də gələcəyin oyunçuları kimi görür. Futbolumuzun 2016-17 mövsümündə ən böyük qazancı hesab edilən Tellur Mütəllimovun 22, Yusif Nəbiyevin isə 20 yaşı var. Halbuki Avropada bu yaşda olan oyunçuların artıq nəyə qadir olduqları və ən yaxşı halda hansı komandalarda oynaya biləcəyi bilinir.
 
 
16 yaşında transfer edilən ən bahalı 10 futbolçu
 
10. Martin Odeqard - “Stromsqodset”dən “Real”a
2014-15 mövsümü: 2,8 milyon avroya
 
9. Karlos Vela – “Qvadalaxara”dan “Arsenal”a
2005-06: 3 milyona
 
8. Cermeyn Pennant – “Notts Kaunti”dən “Arsenal”a
1998-99: 3 milyona
 
7. Fran Merida – “Barselona”dan “Arsenal”a
2005-06: 3,2 milyona
 
6. Sesk Fabreqas – “Barselona”dan “Arsenal”a
2003-04: 3,2 milyona
 
5. Anxelinyo – “Deportivo”dan “Mançester Siti”yə
2013-14: 4,5 milyona
 
4. Anderson – “Qremio”dan “Porto”ya
2004-05: 5 milyona
 
3. Slobodan Raykoviç – “OFK Belqrad”dan “Çelsi”yə
2005-06: 5,2 milyona
 
2. Teo Uolkott - “Sauthempton”dan “Arsenal”a
2005-06: 10,5 milyona
 
1. Vinisyus Junior – “Flamenqo”dan “Real”a
2017-18: 45 milyona

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar