Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

162 nömrəli məktəbin direktoru ilə bağlı -Rəsmi açıqlama

Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb...

Oxu.Az-ın əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayaraq, məsələ barədə məlumat əldə etmişdi.

Qurumdan bildirilmişdi ki, məsələ araşdırılır.

BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən müəyyən edilib ki, məktəbin üç nəfər kiçik xidmətedici işçisi işə gəlmədiyinə görə, onların vəzifə funksiyaları həmin məktəbdə müvafiq olaraq kiçik xidmətedici işçilər kimi cəlb edilmiş digər şəxslər tərəfindən yerinə yetirilib və hesablanmış əməkhaqqını onlar alıblar.

Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

“Onu da qeyd edək ki, müvafiq nöqsanlar aparılan araşdırmadan öncə məktəbin direktoru tərəfindən aşkarlanaraq aradan qaldırıldığı üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.

Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, - deyə açıqlamada qeyd edilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi

“Ciddiyə almadım, vəziyyətim daha da ağırlaşdı” - Mirvari Fətəliyevadan açıqlama

“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

Azərbaycan hərbçisi faciəvi şəkildə öldü - Foto

Deputat: "Kommunal xərclər sıfırlansın və kreditlər dondurulsun"

loading...

Ən çox oxunanalar