Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

160 nəfər bruselyoza yoluxub


Bu ilin 6 ayında 150-160 bruselyoza yoluxma qeyd alınıb.


 Bu xəstəlik kənd təsərrüfatı heyvanların xəstələnməsi ilə bağlıdır. Insanlar bu xəstəliyə həmin heyvanlarla təmas və onların ətindən,südündən qidalanma zamanı yoluxur.
 
Bunu Publika.az-a açıqlmasında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.
 
Onun sözlərinə görə, insanlar xəstə heyvanların ətini yaxşı bişirmədən, əsasən də kustar üsulla hazırlanmış pendir yedikdə yoluxurlar.
 
“Bruselyoza yoluxma daha çox Aran rayonlarında qeydə alınıb. Bu bölgələrdə heyvanlar arasında xəstəlik çox olduğuna görə, həmin rayonlarda bruselyoza yoluxma halı daha çox qeydə alınır”.
 
R.İsmayılova onu da vurğulayıb ki, qaynadılmamış və pasterizə edilməmiş südün, belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır.
 
Heyvan sahibləri, sallaqxana işçiləri, qəssablar, çobanlar, sağıcılar, heyvanlarla və heyvan cəsədləri ilə təmasda olanlar şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Əlcəklərin taxılması və əllərin yuyulması, heyvanlarla təmasdan sonra üst paltarlarının dəyişilməsi vacibdir.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar