Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

16 Qazaxıstan vətəndaşı ölkəsinə yola salındı

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bu barədə Teleqraf.com-a Bakı Limanından bildiriblər.

Qeyd olunub ki, Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 194 Qazaxıstan vətəndaşı və 111 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

pia.az


Etiket: Qazaxıstan

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar