Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 yaşlı “Miss Baku” və uşaqların üzərində qurulan biznes - Sorğu


Coşqun Eldaroğlu: “Bu ölkədə yetkinlik yaşına çatmamış minlərlə qız məcburi ərə verilirsə, 15 yaşında qızın gözəllik müsabiqəsində iştirak eləməsinə də təəccüblənmək olmur”


Merlin Rzayeva: “O müsabiqədə qalib olan şəxs öncədən ödəniş eləməsə, yarışa buraxılmır. Bu müsabiqələr başlamadan öncə artıq qalibin kim olacağı məlum olur”.

Bir neçə gün öncə Bakıda “Miss & Mister Azerbaijan – 2017” adlı gözəllik müsabiqəsi keçirilib və müsabiqədə 15 yaşlı Arzu Hüseynzadə “Miss Baku” tituluna layiq görülüb. Maraqlıdır ki, uşaqların “Uşaq hüquqları haqqında” qanunda  nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmçinin “Uşağın tərbiyə almaq hüququ”na əsasən nəzərdə tutulan 11-ci maddəyə görə, zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.

Qanunla qadağan edildiyi halda ölkədə 18 yaşa çatmamış uşaqların gözəllik müsabiqələrinə cəlb edilməsi nə dərəcədə doğrudur? Həmçinin uşaqlar üçün yaradılmış bu şərait onların psixoloji vəziyyətinə necə təsir edir və hesab etmək olarmı ki, müəyyən təşkilatların uşaqlar üzərindən bu cür “oyun” qurması onların əxlaq prinsiplərində fəsadların yaranmasına dəlalət edir?

Bu mövzu ilə bağlı PİA.AZ əməkdaşının hazırladığı sorğunu oxucularımıza təqdim edirik:

Image result for lamiyə qurbanova

Lamiyə Qurbanova: “Yaxşı olar ki, bilik yarışlarına, idman yarışlarına, yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün təşkil olunan yarışlara çox yer verilsin”.


Azyaşlı uşaqların gözəllik müsabiqələrində iştirakı dəstəkləməyən psixoloq Lamiyə Qurbanovaya görə, uşaqların iradi keyfiyyətlərinin tam formalaşmamasından dolayı bu cür müsabiqələrə iştirakları onların gələcəyini təhlükə altına salır: 

“Savadlı, düşünülmüş şəkildə formalaşdırılmış imic istənilən insanın həyati uğurlarının əldə edilməsində yardımçı olan şərtlərdən biridir. İmic təkcə saç düzümü, geyim tərzi deyil, ümumilikdə öz məninin ətrafdakı insanlara çatdırılmasıdır. İnsanın imici onun mənəviyyatından qaynaqlanır. 

Təəssüf ki, imicin formalaşdırılması prosesinin və bu prosesə nələrin təsir etdiyi haqda insanlarımızın yetərli qədər məlumatı yoxdur. Ona görə də əksəriyyət kor-koranə TV verilişlərinin qəhramanlarına baxaraq özlərinin imiclərini, həyat tərzlərini seçirlər. Hər kəs özünü təsdiqə olan tələbatını ödəməyə çalışır: kimisi öz ağlı ilə, kimisi geyimi ilə və s. gündəmdə olmağa çalışır. Düzdür, insan gərək o səviyyədə formalaşsın ki, gündəmdə olmağın onun psixikasına nə qədər gərginlik yaratdığının fərqinə varsın. Normalda isə biz psixoloqlar müşahidə edirik ki, özünü təsdiq tələbatı ödənilmədikcə, insan axtarışlar edir və bu da əlavə psixoloji gərginliklərin yaşanmasına səbəb olur. 

Bu haqda çox danışmaq, yazmaq olar. Ona görə də insanların həyat tərzinin, imicinin seçiminə yardım edəcək tədbirlərə, təbliğat vasitələrinə düşünürəm ki, ehtiyac var. Amma bunu şouya çevirməyin əleyhinəyəm, çünki istənilən şounun arxasında biznes maraqları dayanır. Və bu gün gündəmə gəlmək üçün yarışlar təşkil edilirsə və qalib olan insan şəxsi keyfiyyətlərinə görə deyil, geyim tərzinə, xarici görkəminə görə qalib olursa, gələcəkdə ona qalibiyyət gətirmiş bu məqamları qoruyub saxlamaq üçün neyləməlidir? Üz tutacaq mağazalara, kosmetoloqlara, modelyerlərə  və s. Nəticə də bəllidir: kimlərinsə ciblərinin doldurulması üçün “qula” çevriləcək. Onların ardınca da nə qədər insan axını olur. 

Xüsusilə də uşaqların iradi keyfiyyətlərinin hələ lazımi  səviyyədə formalaşmadığını, zəif olduğunu, onların təsir altına düşmə riskinin nə qədər yüksək olduğunu nəzərə alsaq, mən belə yarışların təşkil olmasını dəstəkləmirəm. Yaxşı olar ki, bilik yarışlarına, idman yarışlarına, yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün təşkil olunan yarışlara çox yer verilsin”.

photoslide_title

Coşqun Eldaroğlu: “Əxlaq prinsiplərini  hamıdan əvvəl ailələr, dolayısıyla cəmiyyət özü pozur”.


Ölkəmizdə azyaşlı qızların məcburi ərə verilməsi kimi acınacaqlı bir halın mövcudluğu fonunda bu cür gözəllik müsabiqələrin təəccüb doğurmadığını bildirən ictimai tənqidçi Coşqun Eldaroğlu hesab edir ki, əxlaq prinsiplərinin pozulmasında ailələrin rolu böyükdür:

Azərbaycan BMT-nin uşaq hüquqlarıyla bağlı konvensiyasını ratifikasiya eləyib. Orada isə 18 yaşına qədər insanlar uşaq sayılır. Hətta bununla bağlı mübahisəli epizod var idi. Bizim ölkədə qızlara 17 yaşı tamam olanda ailə həyatı qurmaq icazə verilirdi. Bu isə BMT-nin prinsiplərinə uyğun gəlmirdi. Ona görə də dəyişib, 18 yaş etdilər. Amma uşaqların gözəllik müsabiqələrində iştirakının məsuliyyətini hansısa təşkilatın boynuna yıxmaq nə dərəcədə məntiqlidir? Müsəlman dünyasında qızların erkən yaşda ailə həyatı qurması kütləvi hal alıb. Siz bilirsiniz, Norveçdə nə qədər pakistanlı yaşayır? Mən Osloda onların kompakt yaşadığı yerləri görəndə çox təəccüblənmişdim. O pakistanlılar Norveç cəmiyyətinə inteqrasiya olunurlarmı? Xeyr! Kişilər norveçli qadınla ailə həyatı qurmurlar, gedib Pakistandan 12-13 yaşında qız gətirirlər, həmin qız yetkinlik yaşına çatana qədər ər-arvad kimi yaşayırlar, sonra nikah bağlayırlar. Əvvəldən də yerli hökuməti aldadırlar, deyirlər ki, qohumumdu, himayə eləyirəm. Biz də müsəlman dünyasının bir parçasıyıq. Bu ölkədə yetkinlik yaşına çatmamış minlərlə qız məcburi ərə verilirsə, 15 yaşında qızın gözəllik müsabiqəsində iştirak eləməsinə də təəccüblənmək olmur. Əxlaq prinsiplərini də hamıdan əvvəl ailələr, dolayısıyla cəmiyyət özü pozur”.

PKKeVSfiTOaXpT9IYsybD4CapyXfluRE8tMxI+GtJPIl6R1DJsElCUkpGprtFjF4SWS5SPaGcdE1LdHJh4dmTjQKHKkPmeD8RKGpCi42JoY6iUJTYACK09YhdodqzmUnMlyzomoY7g09Qd42vhjxCmiFKdOz3T06iFzbK5c9LKFdjuIwkyQuRMKSSCLHmIF9kpI7dLmA1BiURlfBGZfGlF7pLH2jUgxZPRytUyQGHQxMSAQ4rFTDhCQ8CAUUQsJHoDBYUQkejRRzwohoh0Bh549CQsaB8wSpZR8RJ2LexaD+RTHSIH53oE6foVqFD2O4ifw6t0+scrVqz0GwznmI0yS1yw/eMOu7mNV4jVwJHMmMli1sWeGgh49FnBThrdRYMWa/SN94IwAP8AEIptHN8DxLSBHX8nARKSnoIMiorF2jSysWBEWKx4akDwt4lOHo8Km2g4K7PKnkiI0y1KMKEtEOKzRElJUssIKs0tKltcxnfFWCC5RmJuiv8A2/i+VfSBE7PTOXqmHTLHlQ7PyJg/gc0lzARQghiByIq8FUSkW/8AT6TolLJupe3LSG/WNkgxiPD+OThppkLPCryq9aP3BEbaXDx6ObIqZOmHiI0xIIqSY8GHQwQ5MArHCFEJCxpgsehI9AYOEK8NBhYDBXj0I8egsw+U8ZiCtatLkFRNjWsGcimFD6yBUGpEZRWeKNkj1JMWMFi1LCiWpyEZLG0jtUk2bTPluhJHM/SMXjp9Y0EvEKmSHOxYdmjJZn5jC4o7HbqISySeBNSeojrmX4hwBHEcumaVp2qI7DliuBJ6D6RmeO0Uwu0FcRnKZRIShSyL6bDuYD4vxhNBYYdu6v8AEQ51nqZSSAzDluf3jCZpjp62JBCVWpeEhFseUqOiZT4gmTl6VoCeTGJvF+APwviEPoqBs9qxivCcmcZ6QhyQR2bmY6+rCidLUlXJiDGtGWcPVhlL4ivieo6d41vh7BsQUJJKmpW0adHhTDJIKiz7EiDsoyZKWlhI67+pjHsxRM14ly9Sfhr3FCN+YHe8aPwpmutIlrLlnQr8ybN/cDQiBOcYoLQo8g/sRA9bywFocVCi34VfmT3F/wDEInTFnG9HTUw8QOybH/GlhVlbjrz9YJJjoicUlWhRDoQR6NFFh0NhYDBY88ITCPAA+Fhoj0aA549DXj0YZo+L5Ygxl6bjmkwMw6IJ4FXE3N/pFsnR0Ylo0mUl8MB3+sZvNUcRjR+GBqllPJRHygZnuG4ohF1IuqoqS5PxUvuN+nKOn+FMQJkhKSeIDSfSOU5TiAhbLJ0Gim26xssqmKkMoKdN7EdnBgyplce0avHeB/jGi+tQ/wCsPy7/AE2USPizQEDZIq3c0+UE8v8AEKVJDGrRemZ4wvE4yoZwkwjLweDwMnSkBNKm6j1JN49hJ4UxAZ4554nzkzeEGjiJcXjsZJlS1AujSOIByOQVyhnKzI4uKqzV+KcAky1lVCkUO4Lxz6XmsyWdKyehiab4jXMIMwk9P8QOzkTZiwjSEsnUzcW7An0hWii1o0MrF6kK7GDeRYhMyXoUzgMP0fpGTwcxsOo24VA+zQ7A4/4agsHv+sTZOas6D4QWUFUs7EN2ZiPl9I16YwWTY5JnIWCA5AI25H9D/wBsb2WYrj6OLKqY4CFhWj0UIjYUGEMNeAB7w2EePPAA+FJiN4UGAB8ehmqPRtAfMMnwHmJLf7OaO4AHuS0FcJ/p5mIUHkMzVMyU3yVHaVoxR3kJ/wDsUfYgCGDDTm4plf6JWn2K1EQ72WU2csk+Gp2BBM5UrjUSlKFFRYCurhAFxuYE5xh9SSd3b5PGv8YLPxylSifhhLFRS9RqoUAAc/8AtPpn5iNR0seIagdjZyCA342q1rudJlJeykZGKk5eVrYbg+4EabKcUqTLmImJ+IlI1BzUJAqx9QWPI9IdgsI0xQAc6SR9BF8SCVS5YAeYFA9iG+v0hfkvRdRroA5PnepRAoXLDmP3g3MzRSgxjGZjli5TzRTSsppsoReyvNwvhWwV8lduvSGljXcQhladSCOOnqdwH9Wi9JzmdiAELKwgcOlADWpXeKpIIbeLOEw/xHSLj0hCyr2OGJEhtMrSvSxUsgnuACYvZO63UupO5ubRXw+RTCf5Z7n/ADBGQUy6Eijv/wC4GxnVaBueTRKlfDF1n5XP6e8D5s7gChXnAvMsx+NOWraye0S4LEApINiK/vBwOflbNDkWaDfUPWkbLLfEKh5JxHQsR845rhZmhXf2MHsFLSoKDAlnDjcRijT0P8ammdIk+LJyKrlpWj8yC3d7wbwPiXDzWdeg8l8PztHJkL0g1LONyzA1D82uWYPYkoETCcWYULEVqynaoYF7unatEtpTaMWebJL0dnCgQ4IIO4qPcRGTHJ8HmS0EGXMUn+163uBQv2saarwZkeNJyQnWlKhz/EQwJDgsCxvW4goU3xMIDFbC4pMxCVp8qgCPWJXjAJXjzxHqhXgAkBj0MBhYAOSHxvOmAmRJmTuS1TFJRq3BSkoHzgbOzzMJj6psmUAHKZbFTf3MT8455g88XJQZaFcJL1rXm3pBTIVYqeTNDGUgssrISgkj+WmnEsh+EAlqmkWcGUU4mpmFS0qKipZA4lqJJpcLJc0ahHlID0IZuAwh+IVUbSzkAEPW7tYi1watCS1FVA7kN5gpWhqKKSxJ0uCx8ySdTKMXDPYhKRxKexDje5c7p4iDuas0TyaVDY+7JMHhxqUvanK2witOU2pZ2BbtBTD4bhCBc8SrUAFB1P73MVM3whCEuKEse0cTdHfFaAWIwQOFWlvMHrssV9LRgpyGMdQ8QrCUJQkBy5PZjb1Mc4xSONXc/WOrBIhmimWcszBXlJfk/wC8HMHjVJLgsYy8qUX7QcwS3FYedDY262Hzn80hn9oEZjjlEM9DeFiLF4Z4iirboEBVfSLOVTWUU8394gMtiYbgXEwRbtHP7DhaxsbdOkFMsxWgh6jft6wJmVSfcfQ/SCGEl1HzZvoaH1iV7O3x43YXM0A9nU5HRwaqe9HBurzJUtKUuE2gSx60agDgeVIZg7MzDUwQEqVWlLdq3KTQlTuWDFFSSFljqdWqilfESkeKuEKNH56AyR/coAAFIU7BIKdRCNKH6KPGl2XVTDUkHe7swZRfVtudXN1O4f2JnaQa2vXSQ1VahMZSVVAsHdIYEKEUysA0IBHVKSGqTcFLFRNapKnLTFDUyaSAA5oLB0sAApKQgJUUgGYo0NdIsRA0YbbwFnBSr4Cjwqco6KZyOgLG+/eN48ch8KLP+4k6TXWN0gkAupw5UaUjrIMSNJnjwMR6oV4DCV49EYMLAB8eykhw9njXZJi1TpiUtpkyUkS0JdgVeZX9SyxcmtOQaMxLQBGs8MoGgq3J/pZkjfUW3N6dY6mxYxoOJmEGhLP6ixYJXelQxsCo0KSq3hlolnUohRD0qzuSSTdVTc1PYARSExk7ijqJdLgMTUuNwSpQDagpQK1IRFGTigD/ABXYMW/NWjm4B2s4rYgxzZk30dWFxT2bbK8SVl7aq9kg/r+jx7PMUFkIDMCH5sDYd4zqc8YOGDAFuaiKDp/gxRkY0pSZijxK8r3awUfrHLwbOvkhud40BS1GulIA6kn/ABGQlhy+8E82n6iR1+QEVcDI1FheOmCqIqXOVEhkUCh6wSwCQf0i9LwvCzbVDfMRX+DoPKEcrK8HF0yb4VYixig0XE8QB5v8tvofWB+MDnoIRG0B8TDcL5geUWJst68oVEloteiTjsISJRUtCfzFo0sjAiWlSiXob9u/6iM7hqKSfyxqFT/4Wp2fq1zzBBHcVAcisJHs9Dx48cU5P6KC3PMuS9FKuxZy2okKqwdQU5SvWhQYZjF0mlGIKXu6SClxcEggkcJKVaUCWqQL5hiXDEMblJGkuogEtpahU2lBKFCCbPL3Ju9SXdlO5DF2qS4VprqlICh0nzzHIXs9BarMxU1VJIAAU9RQOogk/DTDip/CH6pNxUaVaQlUwgCopU948Zp/MRU7r2KVDzVJ/FxbstZ/lGKM+ewIAYBRcswJFxqZJJbR5i9XIBOkDAK4LHKlFBSSlSSCPNS9LJBHYHf069kuZpxElMxO9FD8qhcfexEcIkzd9qCjUszsL969DG38B5z8OaJajwTOHsv8J6cvUROSMOnvCvDEmFhQHhUehkejAPlaTJ6Rr8olaJaQ7b36vQsQO5s34vKQcuQXHpaNPh+EWLhrO9Lb9N6UclgSnoTsZjFLZL1HUgWS1SXppKjVTsVHzTCtSBmZSHc0LcixBU5Fw4JqWP8AEUQXCQ4SYVUs5dwaEE6mBDEgKB0lLUcBSSyEmYYHYySnzM1CoFLpYVcitBQ2VTSQpZUhiwlg5I0kA7Akh6kkABxtT7pDcViyojlT32r92i1MlJMsJqCGSniY6QoBQZYCb6apdLqckAEGirDkS0khhUg1HQ1tux5NUjUBE+GyqyOirNOpfSv1+cEMlk/xApgwZ3cA9HY1IHIncAsoiphsM8xKWuQCWBud2+/Ro0OWYbRqJ/MUk8VmSNqF3NCwqyjpmJECSH5tbQdw2lbKbmDY03sSHrUPQ0NRFfG4JKiQCL0P0+VIhlAk0cs1QUqLU08TAtxAhwxCgQgalES4hbLBTtdrUPV+3pEJpJnp4srzra2VU4LiI/EIhxGEgulSfipUCyw2ocxzbtGm/wD4SJwCk8JPtEW/oyWmc5GXE0iynLwNo6F/wxJlJK50zh6Ur9SYA4iVK+J/CKiOamH0jVyZTDieV0ugJMy0pqA/PpDkatOivYO5UqgAIt2ep2UkKEEsTiUpDOHZ9rWdiQ9SEgPUqA3gWpWqtDcMylBmCiGUGIZR4dNRdDzdQ6YR9jfkc8ccPhh37Ga2S4YPUVIBAAIPBUBOqh1DSknillDRFPlhyz+zV7FTiqk0b8gDhKyq0ioJcHctUFt+EgLv5tZB1UWkTQBXmFKaPQUIJSNjveodTsKGZMZWpK4qeDZUMyj3DUNWqkLu7WL1ox1K4CEpErnFSlBjc1q7P1TqNSaqcneoeLeNnUJN6mwe5L0sXr0U5qWBESlPT1Pr7tbo4EYDCUhe7/t2FaXtqHaCOFmkdLN0O1Gp7D1gTJXc/d7Av/4hXpF+SzOXADWuPSjeum9zCyQI7fkWYfHkS5j1Ir/cKK+Y+cEQYwP+muYuV4c386foofNJ943bRMCTVHojePRhlHztgUEqFXr02rf/ABGjCCzNvZn7k6S55ndktQnVLyGRY2ZMnjUslgWcqLDo5pGuBB+0kkUZiwI4glixqApiUJSnpqgbsjmuq/8A8TpLOSWZY0qcvQcKlFQCZnxUqivP9bitS5ASb1cjhLnUryKaWy2tTGALsGcsdaSQ3GSDYMllcTgAhS3lBMVJyH1BtqBk+UlmOnhPEqg06SVHShQmAjRQXOUdCkgsmho27pBZ2LVAOxUganBi/PklSQogDyuQFDdxWrMWDkF6EBRlqVA2ceM3IU41PvQeZRqSmgcu5Bd+GCstOmWggMSCbKudQ4AAkN/SOelSglbQGj8DgkBlUNAfwE0BfhFaEWq2kjjWhoIIYFQ0hnNSlVKkWQ++q27gBSilokKdiC9acctRJYNpKgknhSkhVC2hQ0J1k+AYUoH2SUAA6t0FwGQQGALJ4dKZRUpXEeMiadjj5UsS5cBSH8xJJKyKuaubmp4wIsYXDASipRuLsfRga8rgHmBaB8lYs9KXUNNtIYEWLrSAn+tKHZK4KYMBUtGyammipcsXl8Kubh3u5dzGcEket+Lblla/RnsRPIWFbv8AOOl+D8cFpFagVEcTzuYr/czWJA1mnan6RGM1xCQyZq0j+lRS/qIxYNEMudcmv2d28Z46UqX8ETEGYCFFAIKgkOHIFqkXjDzcSZYJarKIctYGpvQXJ2APeMz4MmPOW5f+Gf8A9JjS5khwlgbtR3cszG2pwGqFOxDhKgTglKjuxZJR8Nzhp2VFzFKPET1NEKcagxCAVBxqdqt8Qj4gCYemrOAHDF2A0p1gir0DFwkKCWVSWUIhklIbTszMlg9hRIB3CCxBAZGpCClZh6Sal2di4OmjJKSCTqA8oSoqp/CaYOIRY8OTb2yU81GgZXFW4YGpq5cODXUyZnEgABn+cBHCCSauQeoUfwparEsA6hySkkrOm6LuLijoLuBwvxAkLYeVXHUL+GIyWZSSpRJ92Ye2w6MGtS0MhGVJuYFQYU+/nDpCx91+/lcwPUnSposyFQ1CphzClw5LAC57GlwVGlnPaLqFOzbW6ciWAbuyO8CcIeZf76m7A3J3o8EEKbh22B+VCOxBCYRjItrUWZJYmxFwRuG68n7wS8Of6mYqQyZpE9Ao0yqwOky/u8CEzfv9/wDJ9IAZinTMUBY1HYwqSZjZ9J+Hs7w+Ol/Ekqe2pLjUg8lA/UODHo+dcpzadhyVSZq5aiGJQogkOC1Ooj0L8YciLwih5pPJPXcjk7+xjXiWSXc3NHSTUJtqZzcXHJwgLUvNeCpYUZo3ZDDe6iWB+6NvGmTbrVqkgXIdKwSXG3ETx0Klaxd9ix6EKtIGwdFTqS4I1BiQWDJBB0uBpUlHAtUUpymFTZzYH82qgLi6goavzoUvyCLy5ZYkO9XO9aO4UUKdRuTpJPEpQmFMVMRLuTegNTslwzpBDJFKBQCaJQZZJw0z+YTSJiSTQMDWwNCCQHsTtu4ABAJjDroOJKXDFyndb+VJZm1uCAKWKkpABZzMSHSkV35AWYAEj2psHA1Kv5VjNQS5JPezEFwTUEMkuGNG1MQmNCw/Ln6quDd3WlVCdRcTE1LlzqoStJU/xQgOnc2oQakU8oUTqdmqlR1baFTGAUiBkrFWOoMwueWtvOn+o9tRutR+G5U6xYb/AIQmwCi+k7Ek8QZLkq1KK0pw0vGdcO96OprANpUNRcJtRRCCOES+IzgpjoG96uk0c1dHCe6acqNGamTTUKduIMSsbpoy6vQEgnUWBUeFIUaws7gBd6O7gvu7gAHuAB0iWQ9n8P8A5JP9HOsznap0w81rP/kYrCbEa1VPcw14ulo8ic7k2afwVN/5g/2K+oP6Rr8wDpFHuPKVC24BYhgQXCgQSGq4wng+dpxSP6gpPukt82jfYxLodrEEeW9n4iADW7hruGjnyamj2/E/9PBmv7/2DyoG9RQsXU4cgE6SygxNdRB49Kx8QCHpW3mpXie4LqBB0srUeN6pUr+J/M1piJ2POpYB31EBikJbiYpayg8pxMCDFWZiGDdKadKQQyTRKQQBqCSzaf5QUlLKMUPEPY6YwZq8QZgCzKSoHdRooEACvxnQHEBcSujk/Qu9Xf5OD7MQJcViXJsxrSwHCQKkkp5aiaJDKBcQPxUylLb1d/8APv3gBgnEq4jD5KohmXhUKivoinsMYBRJp+r05NX2bnzgiSwuNwbAHmC1PcqILwGwU1j9n5Gh9ae8EZKVKNiXfmSR0NzTs8TZQuSy16cv8dOwHeBmcsSlXQj9f12gjMB8oD82rX0u5rUm4oITOcvUpKUo4lJJJAIJqADalwYVdgwEhUJHlIKSQoMRsaQkOTCnhKXpKpilBKfKCSKm6hU8o0qM1Ssakuq5UQkpAdQLg+UOWNdLfBQSU2ATA4FB06qpSSAk2JU7uN9uVr2IOIVwvr0kWfSGqn8SuEHiFXBbS4WCTBdjpUNnYkqA4F6gSGKHZbEFBIYpBqguUnSoDjKDAqfKWvyksGHFTSQymUFMEuQFNRyF0G5VeFQRxFRSGSAVcIqRpJVpQqrpOhxxPp4i1WcwWlIUXS2mWh0qYrSp1LLaXC3DMUtT8yw0z2Jyycp6FnZyQzgVcvcVB6hW4MQy5UySkKPkVUEVDgn9jGgn4JkAaUrOlICXAlpZKFG6negBqz6rcLVTkk6fVc0ElWwLOVplvXTTsLADoNsyvZFhcRRLKJs7Ev592U/4zt0G6iiZxYdk+4QQG4diijWbhcgqFbGZTMkp1ghSadCxAU7HppPqIqScXz+g5ubDkfkOQADQ1/uXfYcTjZqH8xS3QuKVcgaNDh5jpq78Tvqe5vq4vevOMUJx++zP8h22akHcpxoKQkben3eJZFo9X8XNRyNfaMdMue5hrxZzOVpmrHJRirF10ePkTjJr9lrLZ+iahXJST6PWOnzZvCoUqDeotvHJwY6Fg8WFSUKJuke7MfmIhmXTPb/D5NTxsqTsWO9CGLEaQSouE8LcSnFUuZlEHTFHET635O7PcgFTG9Tc/iLKYiK2MnVPTqdg3TkOoYcVIqrmX9T8/uzXhjzJKm0TKmd+fqWrt73itilv9/rDFqhptX9I0mypNEMSYkmmImiiIvst4eZ1jQypqQkMpywfcW3eh3u9UW4ozMhLkBwHLVsPWNBhsmWapXLXQbmh7CuzOzEgs4BMK0URblz0ILzFBSrACpZ0ENqZgQaMOkWlTpqmJUlANWeteKwZvMKXFeUD/wDbTkVTJk83Sx2HMsBUeqqvRoJ+IKqTApCtncitfQuSerkmrujQMp5lMSV8LmlSfzbx6Kc08R7mPQ1CWHZRLiCMgBRBdzxdGG9dhz3u6g5IGCGYrElACEKYqZzRwAaMbpLh3H/tIl5IPysQZjiWVBLoCpgCgShToVoUlBINQ7lQdP4naJpcv4Us6UkHS5NQHMtVSRLZWoykq787gZLnIkJFEuGoNDkjy2AUADUli9fWTCTJ0xgkFILpcgpcaQnzJSASapqP+oephxC7icKTqC1qDJmOPiGw/wBwHIYamVLSxG4s5YXwgJUQAEnUxcKB/mE3LVdI9ql3ijLw+mWXckhySkpvKGklJSUmsxTMx433DXsPL1LLHSkFTlB0/wDUmHSDLWz0B8vLo6t0Vw4pZZqEeyPDYIrYJGoMxNksUyQwV2SptL1vFPN/BiFJKkEJXU/lQTU2q0adU0IADckpSkVJsEpHONHleSAALnAKWa6boR0SNz/V7NHO8jXR7kvD8fDCprlI+fZstcpRSoMR97XiXC4nSXEfQGaeF8NiP5slCtnZleihURkcz/0olKrImrlnkplp/Q/MxRZU1s8tYpQlcDlObHUvWLKb3asUY3WZeAMZKf8AhiannLLnvpLH2eMfjMCuUrStCknkpJSfYxaEk0c/kYny5fZWAjTYUmVKSldCASxuAajtF7wZ4eTMT8VSgFlRTKSU6gCG411DBzS9ieUazIfAeqYZmLUFpBcJSSy93USAW6RPJkXR2eJieJc/b9GEwWR4rEgrkyFrS5qAyX6EsDE//B2OF8Mv/wAf3jt51JT/AAkDSmjAMByHIbwDzDxkiQrRNGlVKGzEs77i8S+Rh/x1LdnG8xyydIIE6WpBNtQb2NjAyap47rmknC5lK0KWADUKDEpPNP7Ryrxd4bmYFfw1MoKqhYspO9Nj0i0J32RyePx2Ze8WZGHJIADksw5k0gplGXFZAAcnpQdSeUbLA5FLlps6jcg7WIHQhxUG8EsyTofF+NyTjyjX9AHB5PLSkamKjzB4d6Ndk1PUgc4tIwyQQUKSKgtTdixCS6eFgSkg1NYu4pJSWJPWqK/jVRVWfSkA30+kUcS/4Vsohv5gqpQD2+9toLs5JQcHTVMixWKWl2L3upy/CHZQcFmPrekC14sLJfh6FlDc0oG7c4lxOMUTpWxHMKJu3MmAuZTgVMNt+salbJyIpkxyTHoiSYWKUIaGVNBfpFPGL0rSsB2uIlw11ekR4iWSTSJLsu9kaMfrXqmEsmoBJ9g7wVwmMmzVOl0ywbgJALVCWok7Fm6wFOG5xfynF6FJQW0vQlqE8zpNIZ0Yos1ODS50pNnDhqDTKSSdEyhIG/LuxdU1EpBUoskOST1qS+5J+sQI0S0FayyblRevv8hGFz3PjPWwcSwaJ59T1iTTmz34fH4OK3ubOg+FZ/xFnEzBSolJP4Rur+42jZS8y6xx/K/EmlITZoM4XxOg3VEZwZzfLz/7N7OpSseItS8SDHOcJ4hQfxCDOGzYc9ucJQUma5c8RTxCUTKKCT0IBHzgUjHPV4ZisSbphbDiXpuDlp8qEjskD6Q8TgIpoxuoMb9YjC1Fx8oDaLeaCeJavgr0ahYsUqHJi/vGUR4dGNT/AMwooCTQpYn+qqvTaDeKVMq5cwOykzVziifqky6aSaBTvV+QavcQybBpUDcf4MRIlqVhsTMCwHAXpKVMLOAGNLwzw7kuJxcgIxhJk60zJYUP4qSzHSr8KFA1SX2NLnQZngdGICCtRSCNQSxLM7gvZuTxpZagACLfpDPI+ibSaKuAy2VJTploCR0FffeBeb5YkuqWyV8vwq78u4gxiZ4EAMyzEDeJXbKY5yg7Rm8UoEEWuCDseo3jL4zFlJZzdVdXO1kh6NBPPMwTrBBAeh68j6QDzHY9WjphaH8zhnhzX8kPw0v4j6rMW7nrGXMamUvRLJ5An1+2jKmL4t2eZ5mOOOMF79jkmFhqY9FThRpcKhtT3f8AeEnB4tYRA4js9Dz61hy0cogdKBipURfDG8EFyoh0gQNjDcUuYtCUaiUJsPu8Uhh0iL5mRFMlvekCZST57exJLMQUggi3XmDsYqzsEoDUlyBfmIuSRp2eLaZkZyoWgAMQpNiYuYXO5qLKMW8xwiJnEkBCt28pPNvwwGmySgsQxh0oyQjlOPs3WS51OICikkGxBTsORL7Hu1IL4bxMgkOaG0c1weMXLLpLfMeojTYPM5U0ALYKaoUacjVuTNuC7v5hOWFPorHypLs2hx5V5SNPMX94mGbGXxaXaMoiYZf8uqQWId7gqDObt6EV6m4nMyhOtgpJ2LuDyiE4NHVjyqQdR4j1F1Sm7GLc/O5U2WULYuPUdR1jN4TOJJU54WuDZu8azH4KVhJZGkIWviUGrUB39IVLRS0ZLL8w+BMbzB/ryjZZdmSSgB2IEY9EqWpXxWSBswuebQ7EYrQColgxhaMbDmcZwzsYwGd+IqljqV0sO5ipnGaTJj6XA57n9oDJkxfFiXbObNlcdIiXOXMU5qfu0F5ajMUOQDt99YqolMILZfIZL7n6RWbN8KLnOn12yjnkzTLbdR+QjOxp56EzVHUHAtcRmlipimLo5vOyc8rY+SlzCwXyvAgDWauLcoWMlkSZGMXRp1YdhFaYlo6b/qL4UlYWVLmSQQCopU5epGpJ+SvlHN5suEkq0x4ysHTRFZSYvzERCqXGWhilphvw6xbWkCK8xcaahGaGmZyEJqhNUZRtntZhdKVUW7fMREpcMKjGoLsgxeF0EsQocxaIAqCA+UQ4jCvVPt+0VixJR9ojkYxaPKtQ7Eijv9awRT4gmMQqvX7v/mAhMITG1ZNTcWa7K5+Gn8M06TzjTZpl2KxEr4isQpcuWhKUazqKgGBL09i+8crSqNN/xniThpWF4AiXqCVAHWUklTKLsWJ5RKWP6OmHk/YcwaAgAKUSBU8m5QBz/NFT1sktLTRIt3Pu8UBi5iwylFjftcw+Ulvv3+/sLHHx7DJnv+I7D4sp849RF5OGlrDpI++kVtFOh9XOxqOu4F73Z2Hwp18Kik7tt6Et8/SGa+iuLylXHIuSL+Gyk0UWbt/mI8diAHQn1MOVNnEVmAjmBt6t9BA0n7q8LT9lcvlY4w44VV9kksslR6H6Rm4PYlbSlHo3vT9YCSUOQItDo8qe2jUYYMhI6D6R6FTyj0creyx//9k=" alt="Image result for tünzalə rafiqqızı">

Tünzalə Rafiqqızı: “Biz bu cür müsabiqələrin pərdəarxasında nələr durduğunu dəfələrlə görmüşük və görürük”.


Az yaşlı uşaqlar arasında bu cür müsabiqələrin davam etdirilməsinin  pis bir ənənənin başlanğıcına şərait yaradacağını bildirən jurnalist Tünzalə Rafiqqızı qeyd edir ki, belə müsabiqələrin kökündə çox çirkli biznes durur:

“Bu mövzu xarici görünüşcə bəsit məsələyə oxşaya bilər, amma düşünürəm ki, çox ciddi məsələdir. Mən azyaşlı uşaqlar arasında bu cür müsabiqələrin keçirilməsini doğru hesab eləmirəm. Gözəllik müsabiqəsinin qalibi olan 15 yaşlı qız həqiqətən gözəl qızdır və istedadlı olduğuna da şübhə eləmirəm. Problem ondan ibarətdir ki, bu uşaq yetkinlik yaşına çatmadığı halda belə bir  müsabiqəyə qatılıb. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə belə hal yolverilməzdir. Mən hətta uşağın anası ilə də bu barədə danışanda mənə hədə-qorxu gəldi, müxtəlif xahişlərlə təzyiqlər etməyə başladı. 

Biz bu cür müsabiqələrin pərdəarxasında nələr durduğunu dəfələrlə görmüşük və görürük. O modellərin sonrakı taleyi bəllidir. 18 yaşı tamam olmamış uşaqlar arasında keçirilən belə müsabiqələrin kökündə çox çirkli biznes durur. Qanunvericiliyin konkret olaraq qarşı çıxdığı bu mövzuda azyaşlı uşaqların müsabiqəyə cəlb edilməsinin səbəbi və necə baş verdiyi mənə çox maraqlıdır. Hətta qanunvericiliklə nikah yaşı 18 yaş müəyyən olunur, şəxsiyyət vəsiqəsi 16 yaşda verilir. Azyaşlı uşaqlar arasında gözəllik müsabiqəsi keçirmək istəyən təşkilatlar bu cür amilləri nəzərə almalıdırlar. Fikrimcə, bu cür müsabiqələrin davam etdirilməsi pis bir ənənənin başlanğıcına şərait yaradacaq”.   

Image result for cavid imamoğlu
Cavid İmamoğlu: “Biz son zamanlar nəinki bu cür gözəllik müsabiqələrinin, həmçinin sosial şəbəkələr üzərindən də  uşaq şəkilləri ilə bağlı müsabiqələrin keçirilməsinin şahidi oluruq”.


Reklam və pul qazanmaq naminə azyaşlı uşaqları bu işə alət edilməsini düzgün hesab eləməyən sosioloq  Cavid İmamoğlunun fikrincə, bu durum heç uşaq müdafiəçiləri tərəfindən də xoş qəbul edilmir:

“Təbii ki, 18 yaşı tamam olmamış uşaqların bu cür müsabiqələrdə iştirakı arzuolunan deyil. Xüsusilə də moda sənayesi uşaq müdafiəçiləri tərəfindən alqışlanmır. Ümumiyyətlə, qadın hüquqları baxımından da moda sənayesi qadınların hüquqlarının məhdudlaşdırılması, kimlərinsə qazanc məqsədilə qadınlardan istifadə edilməsi kimi baxılır. Əlbəttə, mövzu uşaqlara gələndə bu addım məmnuniyyətlə qarşılanmır. Hüquqi baxımdan da ölkə qanunvericiliyinə əsasən, 18 yaşa çatmış uşaqların qərar vermək ixtiyarları var və bu cür müsabiqələrdə iştiraklarına dair hansısa qadağa yoxdur. 

Biz son zamanlar nəinki bu cür gözəllik müsabiqələrinin, həmçinin sosial şəbəkələr üzərindən də  uşaq şəkilləri ilə bağlı müsabiqələrin keçirilməsinin şahidi oluruq. Belə ki, hansısa uşağın şəkili daha çox “like” yığırsa, o, qalib hesab olunur.  Hesab edirəm ki, bu cür addımlar uşaq hüquqlarının pozulması və haqsızlığa səbəb olur. Yəni, birmənalı şəkildə “olar” və ya “olmaz” da demək olmur. Yaxşı olardı ki, 18 yaşı tamam olmamış uşaqlar moda sənayesinə aid olan  tədbirlərə qatılmasınlar. Çünki burada məqsəd reklam və pul qazanmaq olduğuna görə uşaqları bu işə alət eləmək düzgün deyil.

Bu cür tədbirlərin uşaqlara psixoloji təsirinə gəlincə, bu, uşaqların yaşından asılı olaraq dəyişə bilir.  Məsələn, bu gün hər kəs öz uşağının şəkilini sosial şəbəkələrdə yerləşdirir. Əslində uşağın özünün icazəsi olmadan, onun şəkilinin sosial şəbəkədə yüzlərlə insanlar arasında paylaşılmasının nə dərəcədə doğru olub-olmaması da sual doğuran məsələlərdən biridir. O uşaq böyüyəndə öz şəkilinə sosial şəbəkələrdə baxa və valideynlərinə etiraz edə bilər. Hətta belə bir hadisə ölkələrin birində yaşanmışdı. Valideynləri uşağın lüt şəkilini  şirinlik mənasında sosial şəbəkədə paylaşmışdılar, uşaq böyüdüyü zaman bu şəkili görmüşdü və daha sonra valideynlərini məhkəməyə vermişdi. Bildirmişdi ki, şəkilinin  lüt şəkildə sosial şəbəkədə yerləşdirilməsi onun psixikasına mənfi təsir göstərir. Bu baxımdan uşağın istəyinə zidd olaraq, sadəcə valideynin təşviqi ilə hansısa prosesə cəlb olunma halları varsa, bu uşaqların psixologiyasına mənfi təsir göstərir. Lakin uşağın da razılığı olarsa, bu, artıq maraq dairəsindən irəli gəlir. Bəzi ailələr var ki, uşaqlarının haqqında danışdığımız kimi müsabiqələrə qoşulmasını uğur kimi qəbul edirlər. Bu halın heç bir halda uşağın psixologiyasına mənfi təsir eləmək riski yoxdur, amma zamanla bu uşaqların bir boşluğa düşmək ehtimalları yüksək olur. Çünki onların yenidən gündəmə gəlmək istəyi yarana bilər. O baxımdan uşaqlar arasında keçirilən musiqi yarışmaları belə bəzən tənqid olunur”.

Image result for tariyel faziloğlu
Tariyel Faziloğlu: “Azyaşlı gənclərin psixoloji olaraq sabit emosional tarazlığının olmaması o cür yarışlarda iştirakına imkan yaratmır”.


Azyaşlı uşaqların bu formada diqqət mərkəzində olmasının onların gələcəkdə ciddi psixoloji travmalar alma riskini artırdığını qeyd edən psixoloq Tariyel Faziloğluna görə, eyni zamanda bu azyaşlı uşaqlara qarşı qeyri-etik təkliflərin edilməsi də psixoloji pozuntulara səbəb olur:

“Beynəlxalq standartlara görə, 18  yaşı olmayan şəxslərin bu cür yarışlara qatılması düzgün sayılmır. Çünki uşaqların fizioloji inkişaf dönəmində olması və sabitliyin olmaması qaydalara ziddir. Digər tərəfdən, bu gənclərin psixoloji olaraq sabit emosional tarazlığının olmaması o cür yarışlarda iştirakına imkan yaratmır. Azərbaycanda 18 yaşa çatmamış qızların gözəllik müsabiqələrinə qatılması ciddi şəkildə qanun pozuntusudur. Bu, psixoloji baxımdan da çox ciddi pozuntudur. Belə gənclərdə sabit emosional tarazlığın və sabit  fizioloji inkişafın formalaşmaması onların psixoloji pozuntular yaşamasına,  narsist təfəkkürün formalaşmasına və gələcəkdə psixoloji travmalar almasına səbəb ola bilər.  Eyni zamanda bu gənclərin bir anda diqqət mərkəzində olması onlara qarşı qeyri-etik və ya qeyri-qanuni təkliflərə qarşı imunnitetinin olmaması gələcək həyatlarında ciddi problemlərin olacağı riskini də artırır”.

photoslide_title
Merlin Rzayeva: “Müsabiqə təşkilatçılarını qazanc düşündürdüyünə görə iştirakçıların azyaşlı olub-olmamasının  onlar üçün heç bir fərqi olmur”.


Azyaşlı uşaqların gözəllik müsabiqələrinə cəlb olunmasında əsas məqsədin maddiyyat və şəxsi mənfəət olduğunu vurğulayan model Merlin Rzayeva iddia edir ki, “Miss & Mister Azerbaijan – 2017” gözəllik müsabiqəsinin qalibləri təşkilatçılara öncədən pul verirlər:

“Öncəliklə bildirmək istəyirəm ki, “Miss Baku” tituluna layiq görülən o qız podyumda heç düzgün gəzə bilmirdi. Bilmirəm, bəlkə də bu yaş həddinə görə idi. Ancaq o yerişlə “Miss Baku” tituluna layiq görülmək heç cürə mümkün deyil. Ümumiyyətlə, yetkinlik yaşına çatmamış qızların gözəllik müsabiqələrində iştirakına düzgün yanaşmıram. Çünki məlumdur ki, bizim ölkəmizdə modelyerliyə necə baxırlar. Azərbaycanda modellik anlayışı qızların reklamı kimi qəbul edilir. Azyaşlı qızların  bu cür müsabiqələrdə iştirak eləməsi onların yoldan tez çıxmalarına, düzgün seçimlər etməməyinə səbəb ola bilər. Həmçinin yarışlarda o yox, onun yerinə qərarlar verilir, fikirlər bildirilir. 

Onu da qeyd edim ki, “Miss & Mister Azerbaijan – 2017” gözəllik müsabiqəsi şəxsi maraqlar üzərində qurulur. Onlar öz qazanclarını yarışdan daha çox düşünürlər. Ümumiyyətlə, o müsabiqədə qalib olan şəxs öncədən ödəniş eləməsə, yarışa buraxılmır. Bu müsabiqələr başlamadan öncə artıq qalibin kim olacağı məlum olur. Müsabiqə təşkilatçılarını qazanc düşündürdüyünə görə iştirakçıların azyaşlı olub-olmamasının  onlar üçün heç bir fərqi olmur”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar