Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 yaşı tamam olan şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı aparılacaq- Azərbaycanda



On beş yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının, sərnişin və yükdaşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvlərinin, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunmuş şəxslərin, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı (İnsan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət) aparılacaq


“Report”un xəbərinə görə, bu, yeni hazırlanan "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsinin 7-ci (məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsində əksini tapıb.

Həmin maddəyə əsasən, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Miqrasiya məcəlllərinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin də belə qeydiyyatı aparılacaq.

Layihədə bildirilib ki, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

Qanun layihəsinə əsasən, dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Həmin nüsxədə bunlar qeyd olunmalıdır: Məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar, qeydiyyatın aparılmasının əsası və tarixi.

Dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli Məclis layihəni qəbul edərsə, qanun iyulun 1-dən qüvvəyə minəcək. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun isə qüvvədən düşəcək.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar