Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 Maya 26 ildən sonra baxış - çevrilişə qarşı çevriliş - (şəkillər, video)


Bu gün mayın 15-dir. Bu gün ən müasir tariximizə 15 May kimi düşüb


Düzdür, bu günü dövlət çevrilişi günü kimi təqdim edənlər də var. Amma obyektiv yanaşsaq, elə deyil, əslində 15 May dövlət çevriliinə cəhdə etiraz günüdür, başqa sözlə, çevrilişə qarşı çevrilişdir. 

Məsələ onda idi ki, 1992-ci ilin mart ayının ilk günlərində müxalifətin və ictimaiyyətin təzyiqi ilə, Xocalı soyqırımı ilə bağlı hakimiyyətdən əl çəkməyə məcbur olmuş, istefa vermiş prezident (onun legitimliyi başqa söhbətdir) Ayaz Mütəllibov sonradan peşman olmuş, hakimiyyət daxilindəki rıçaqlarını əlinə toplayaraq mayın 14-də yenidən hakimiyyətə qayıtmaq istəmiş və... qayıtmışdı da. 

Dövlət çevrilişi bu idi. Adam öz gücsüzlüyünü, fərasətsizliyini, dövləti tarmar olmaq təhlükəsi qarşısına gətirdiyini görüb istefa verir, ara bir az sakitləşəndən sonra yenidən hakimiyyətə qayıtmaq istəyir. 
Image result for 1992-ci il iyun seçkisi
Ölkədə isə seçki kampaniyası gedirdi. 22 gündən sonra yeni prezident seçiləcəkdi. Xalq yeni prezidenti gözləyərkən, eks-prezident birdən-birə gəlib dövlətin baş kürsüsünə qonmuşdu və ona etiraz edənləri repressiya ilə hədələyirdi.



O dövrün ən güclü siyasi təşkilatı AXC isə xalqı meydana çağıraraq bu avantüranın qarşısını aldı. Mayın 15-də hərəkətə keçən ictimaiyyət təmsilçiləri və müxalifət qüvvələri parlamentə yürüç etdilər, qorxuya düşən Mütəllibov və onun komandası qaçmağa məcbur oldu. Moskva öz vassalına sahib çıxdı. 

Image result for Mütəllibov 1992-ci il

Bundan sonra bir neçə gün ölkədə hakimiyyət boşluğu oldu, nəhayət, ölkə ağsaqqallarının təklifi və təkidi ilə AXC hakimiyyət boşluğunu özü doldurdu - parlamentin sessiyası çağırıldı, AXC liderlərindən biri olan İsa Qəmbər parlamentin sədri seçildi. Təşkilatın sədri Əbülfəz Elçibəy prezidentliyə namizəd idi və iyunun 7-də prezident seçildi.

Image result for 15 May 1992-ci il


Ən pisi o idi ki, müxalifəti fakt qarşısında qoymaq, aciz olduğunu sübut etmək üçün bağlı qapılar arxasında məkrli oyunlar oynanılmışdı, rus siyasəti ilə Şuşa ermənilərə təslim edilmişdi. 

15 Mayın tarixi əhəmiyyəti o oldu ki, xalq ayağa qalxaraq hakimiyyəti dəyişmək iqtidarında olduğunu gördü. Dövlətimizin banisi Rəsulzadədən sonra ölkəyə ilk dəfə qeyri-kommunist şəxslər rəhbərlik etməyə başladı.

Bu gün Ermənistanda gedən siyasi prosesə xalqın mütəşəkkilliyinə baxıb köks ötürənlər də bilməlidir ki, həmin prosesin eynisi öz ölkəmizdə 26 il öncə gedib. 

Nəticəsi nə oldu, hansı qüvvələr sonradan necə çevik tərpəndilər, necə mütəşəkkil oldular, Kreml 15 Mayın qisasını necə aldı, başqa və uzun söhbətdir.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/8niV1xSLSjw" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar