Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı” - Erməni döyüşçüdən şok etiraflar

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün döyüş xatirələrini bölüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Yerevan Today" kanalında məlumat verilib.

"Ən böyük qorxumuz dron və PUA - lar idi. PUA - ın səsini eşitdinsə artıq ölmüsən. Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan və nə etsən də, hara qaçsan da ölümdən qurtuluşun yoxdur.

Onlar ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.

Biraz real çıxmasa da bəzən düşünürdük ki, onlar ümumiyyətlə insan deyillər. Bəlkə də ya zombi ya da robotuydular. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləqiydi. Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar.

Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbətdəki yox. Bunu ancaq zombilər edə bilər. Deyirlər ki, "Arçax"ı azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər ya zabit bir daha "Arçax"da döyüşmək istəməz", - erməni hərbçi deyir.

Qeyd edək ki, mətni Nemət Mətin tərcümə edib.

pia.a


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar