Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

150 balla gələcəyə hazırlanan “kadrlar” – Bu səviyyə ilə hara gedirik?

İldən-ilə abituriyentlərin nəticələrinin aşağı düşməsini hansı amillərlə bağlıdır?..

Təhsil eksperti: “DİM-in keçid ballarının aşağı salınması bərədə xəbəri çoxlarını sevindirsə də, əslində bu, məsələnin daha da çətinləməsinə, tədris proqramını az mənimsəmiş insanların hətta nüfuzlu ixtisaslara qəbul olmasına səbəb olacaq”.

“Bu gün 150 bal toplayan abituriyent balların aşağı salınmasından faydalanaraq, sevincək, düşünmədən və ya ailəsinin təkidi ilə qərar verərsə, sevmədiyi ixtisas belə olsa, “hansı ixtisas olur olsun, universitet olsun”, deyə seçim edərsə, onun gələcəyinə heyif”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov ildən-ilə abituriyentlərin nəticələrinin aşağı düşməsini və aşağı balla universitetə qəbul olunmanın nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu ilin imtahan nəticələri ilə ötən illərin nəticələri arasında fərqlər var. Belə ki, yüksək nəticə toplayan abituriyent sayı bu il daha azdır.

Qeyd edək ki, bu il birinci ixtisas qrupu üzrə 15 min 223 plan yeri ayrılıb, imtahanda isə 150 və ondan yuxarı bal toplayan cəmi 15 min 101 abituriyent var. Ötən illə müqayisədə bu il abituriyentlərin imtahan nəticələrində bal ortalaması da əvvəlki illərə nisbətən aşağıdır. Bu isə o deməkdir ki, düzgün ixtisas seçimi edən hər bir abituriyent tələbə adını qazana biləcək.

Bu yenilikləri nəzərə alan Dövlət İmtahan Mərkəzi ixtisas seçməyə hazırlaşan abituriyentlərə müraciət edib.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, bu il ayrılan plan yerlərinin sayı artırılıb. Bu da o deməkdir ki, abituriyentlər topladıqları bala uyğun olaraq ali məktəb tələbəsi adını qazana biləcəklər.

Xatırladaq ki, abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. 2 və 3-cü qruplar üzrə imtahan nəticələri isə yaxın günlərdə elan ediləcək.

İldən-ilə abituriyentlərin nəticələrinin aşağı düşməsini hansı amillərlə bağlıdır? Həmçinin aşağı səviyyə ilə ali təhsil almaq hüququ qazanmaq nə qədər doğrudur və onlardan peşəkar kadrların yetişdiriləcəyin gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “DİM səxavətli qərar verə bilər, ancaq ali məktəblər, işə götürənlər ölkənin gələcəyini düşünüb qərar verməsə, uduzacaq”.

Testi taç şəkildə biliyi ölçən alət deyil, mükəmməl seçim üsulu kimi qiymətləndirən təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, bütün hallarda 150 bal toplayıb müəllimliyə qəbul olan gələcəkdə bu sahəni inkişaf etdirə bilməz:

“İlk növbədə qeyd edim ki, DİM-in keçid ballarının aşağı salınması bərədə xəbəri çoxlarını sevindirsə də, əslində bu, məsələnin daha da çətinləməsinə, tədris proqramını az mənimsəmiş insanların hətta nüfuzlu ixtisaslara qəbul olmasına səbəb olacaq. Düzdür, DİM səxavətli qərar verə bilər, ancaq ali məktəblər, işə götürənlər ölkənin gələcəyini düşünüb qərar verməsə, uduzacaq. Düzdür, test taç şəkildə biliyi ölçən alət deyil, o mükəmməl seçim üsuludur. Amma bütün hallarda 150 bal toplayıb müəllimliyə qəbul olan gələcəkdə bu sahəni inkişaf etdirə bilməz.

Hər kəs razılaşar ki, insanın sonrakı peşmançılığı çox pis şeydir. Çünki az bal toplayanlar istədikləri ixtisasa qəbul olmurlar, onlar nə olur olsun tələbə adını qazanım deyirlər. Ailənin, qohumların qınağından canım qurtarsın, 4 il hərbi xidmətdən möhlət alım prinsipi ilə aşağı balla ixtisas seçimi edib ali məktəblərə qəbul olurlar.

Hətta sevmədiyiniz, valideynləriniz tərəfindən ailə həyatı qurmağa məcbur edildiyiniz birindən nə zamansa ayrıla, ürəyinizcə olan başqa bir insanla yeni ailə qura bilərsiniz. İxtisas seçimində yanıldığını isə insanlar o peşədə işləməyə başlayandan bir müddət sonra fərq edirlər, ondan sonra da ixtisas dəyişməyə səy göstərən ya da nail olan cüzi olur.

Kamran Əsədov: “150 bal toplamış tələbənin bilikləri çox zəifdir. Və o bu cür aşağı göstərici ilə universitetlərə qəbul edilsə belə, onun gələcəkdə seçdiyi ixtisasın sirrlərinə layiqincə yiyələnməsi şübhə altındadır”.

Bu gün 150 bal toplayan abituriyent balların aşağı salınmasından faydalanaraq, sevincək, düşünmədən və ya ailəsinin təkidi ilə qərar verərsə, sevmədiyi ixtisas belə olsa, “hansı ixtisas olur olsun, universitet olsun” deyə seçim edərsə, onun gələcəyinə heyif.

Əvvəlcə qeyd edim ki, aydındır ki, 150 bal toplamış tələbənin bilikləri çox zəifdir. Və o bu cür aşağı göstərici ilə universitetlərə qəbul edilsə belə, onun gələcəkdə seçdiyi ixtisasın sirrlərinə layiqincə yiyələnməsi şübhə altındadır. Necə ki, zəif göstərici ilə universitetə daxil olub, qaldıra bilməyəcəyi yükün altına girib, elə o cür də mütəxəssis kimi yetişəcək. Bu isə gələcəkdə cəmiyyətə faydasız bir kadrın daxil olması deməkdir.

İkincisi, abituriyent ixtisas seçərkən ən sevdiyi ixtisasdan sevmədiyinə doğru seçimini edir. Deməli, ən aşağı balla ən sevmədiyi ixtisasda “oxumalı” olacaq... Bu isə mənim aləmimdə, hər gün ölmək deməkdir.

İllər ərzində bu qədər işlər görülsə də, 28 ildir, 1992-ci ildə də 150 balla tələbə adını qazanmaq mümkün idi, 2019-cu ildə də. Deməli bu illər ərzində keyfiyyətdə ciddi bir dəyişiklik olmayıb”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar