Ağstafa sakini dəm qazından zəhərlənib
PİA.az “Qafqazinfo”ya istinadən məlumata görə, Ağstafa şəhər sakini, 15 yaşlı S. Bayramova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.
O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
pia.az