Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 min dövlət məmuru vəzifəsinin ləğvi gözlənilir - Fransada

Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olacağını bildirib

Azərtac xəbər verir ki, ölkədə, həmçinin yerli özünüidarə orqanlarında 70 min vəzifənin ləğv edilməsi ilə bağlı vədə əməl olunacaq. Eyni zamanda, 2020-ci ildə Fransada iki min məmur vəzifəsinin ləğv olunacağı və bunun əksəriyyətinin İqtisadiyyat və Maliyyə Nazirliyini əhatə edəcəyi vurğulanıb.

Bu gün Fransa Milli Assambleyasının sessiyasında da “dövlət qulluğunda islahatlar” adlı yeni qanun layihəsi qəbul edilib. Yeni qanun 2020-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək. Qanun dövlət (44 faiz), yerli özünüidarə orqanları (35 faiz) və xəstəxanalar (21 faiz) olmaqla 5.5 milyon dövlət qulluqçusuna şamil olunur.

Qeyd edək ki, 2017-ci ildə Fransa prezidentliyinə namizədliyi zamanı Emmanüel Makron mandatı müddətində 50 min dövlət qulluğu vəzifəsinin ləğv olunacağını vəd etmişdi.

Dövlət qulluğu üzrə dövlət katibi Olivye Düssot isə 2022-ci ilədək bu qədər vəzifənin ləğv edilməsinin çətin olacağını bildirib.

pia.az


Etiket: Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar