Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15-20 il sonra başqa cəmiyyətlə qarşılaşacağıq – Həyəcan təbili...

Son illərin statistikası göstərir ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayı artıb..

Psixoloq: “Bu gün cəmiyyətdə aqressiyanın sayı artıb və artıq bu özünü ağır cinayətlərdə də göstərir”.

“Çox təəssüf olsun ki, 15-20 il sonra daha böyük problemli başqa cəmiyyətlə qarşılaşacağıq”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı Azərbaycanda ömürlük azadlıqdan məhrum edilənlərin sayının artmasını və bunun səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son illərin statistikası göstərir ki, ümumilikdə Azərbaycanda müəyyən müddətə azadlıqdan məhrum edilənlərin sayı azalıb, ömürlük azadlıqdan məhrum edilənlərin sayı isə artıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir.

Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Son zamanlarda cəmiyyətimizdə baş verən cinayətlər deməyə əsas verir ki, insanlarda agressiya həddən artıq çoxalıb. Aqressiyanın və ağır cinayətlərin sayının artması nəylə əlaqəlidir? Ümumiyyətlə hansı səbəblərdən cəmiyyətimizdə aqressiya və ağır cinayətlərlə müşahidə olunan zorakılıq halları artır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Fərqanə Mehmanqızı: “Sosial şəbəkələrdə ailədaxili cinayətlərin, eləcə də daxili və xarici aqresiyanın nəticəsi olaraq müəyyən cinayətlərin adi hal kimi göstərilməsi də bunu insanların gözündə adiləşdirir”.

Bu günün aqressiyasının təməlini 1990-cı ilin bombası kimi qiymətləndirən psixoloq əlavə edib ki, əgər bu gün aqressiyalaşmış cəmiyyətimizin qarşısı alınmasa, gələcək cəmiyyət bundan da pis olacaq:

“Bu gün cəmiyyətdə aqressiyanın sayı artıb və artıq bu özünü ağır cinayətlərdə də göstərir. Cəmiyyətdə aqresiya o qədər güclü olub ki, artıq ailə daxili cinayətlərin sayı artıb. Bu gün təkcə qadın, uşaq yox bütün ailə aqressiyanın şiddətinin altında qalır. Buna görə də cəmiyyətimizdə müəyyən mübarizələr aparılır. Yəni müəyyən QHT-lər tədbirlər keçirdirlər, psixoloji seanslar olur. Amma görülən işlər insanlarda formalaşan aqresiyanın qarşısın ala bilmir.

Mən hesab edirəm ki, aqressiyanın qarşısın almaq üçün ilk əvvəl məktəblərdə uşaqlarla işləmək lazımdır. Çünki yeniyetmələr bu aqeressiyadan çox güclü tranva alırlar. Bu da onların həyatlarına və özlərini cəmiyyətdə aparmaqlarına çox təsir edir.

Fərqanə Mehmanqızı: “Yeniyetmələr bu aqeressiyadan çox güclü travma alırlar. Bu da onların həyatlarına və özlərini cəmiyyətdə aparmaqlarına çox təsir edir”.

Həmçinin qeyd edim ki, ailədaxili münaqişələrin artmasında adiləşmə gedir. Çünki sosial şəbəkələrdə ailədaxili cinayətlərin, eləcə də daxili və xarici aqresiyanın nəticəsi olaraq müəyyən cinayətlərin adi hal kimi göstərilməsi də bunu insanların gözündə adiləşdirir. Bu da insanlarda qatilə qarşı emosiya yaratmır və ömürlük cəza alan qatillərin artmasına səbəb olur.

Həmişə qeyd edirəm ki, bu günün aqressiyasının təməli 1990-cı ilin bombasıdır. Çox təəssüf olsun ki, 15-20 il sonra daha böyük problemli başqa cəmiyyətlə qarşılaşacağıq. O cəmiyyət də bu gün bizim minalanmış düşüncəmizdə yatıb. Əgər bu gün aqressiyalaşmış cəmiyyətimizin qarşısı alınmasa, gələcək cəmiyyət bundan da pis olacaq”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar