Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“15-20 il əvvəl mədəniyyət naziri vəzifəsi təklif olunsaydı, razılaşardım“ - Xalq artisti

Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev onun mədəniyyət naziri təyin edilməsi barədə sosial şəbəkələrdə edilən çağırışlara münasibət bildirib...

PİA.az xəbər verir ki, Rasim Balayev Demokrat.az-a açıqlamasında insanların onu mədəniyyət naziri görmək istəyinə görə təşəkkür edib:

"Məni mədəniyyət naziri görmək istədiklərinə görə insanlarımız çox sağ olsunlar. Ancaq mədəniyyət naziri vəzifəsi mənlik deyil, mən bacarmaram. Bu vəzifəni mənə təklif etsələr belə razılıq vermərəm. Çünki mən kabinet adamı, təşkilatçı deyiləm. Bəlkə də 15-20 il əvvəl təklif olunsaydı, razılaşardım. Amma indi istəmərəm".

Xalq artisi qeyd edib ki, səhhəti ilə bağlı vəziyyət rəsmi vəzifədə çalışmasına imkan vermir:

"Mənim sağlamlığımla bağlı da problemlərim var. Bu vəzifəyə gərək cavan, sağlam və enerjili insan təyin olunmalıdır. Ən əsası da işi bilən, mədəniyyəti dərindən bilən, onu qiymətləndirməyi bacaran təcrübəsi şəxs olmalıdır".

pia.az


Etiket: Rasim Balayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar