Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1444 vəzifəyə işçi axtarılır - Müsabiqə


Dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1444 vakant vəzifə təqdim olunub


Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində məlumat verilib.

İnzibati rəhbər vəzifələr üzrə (A növü) 195, inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim edilib. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (635 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (141 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (121 vakant vəzifə) tərəfindən müsabiqəyə çıxarılıb.

İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. 

Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə təqdim edilib. Regionlar üzrə ümumilikdə 1137 vakant vəzifənin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

Hazırda dövlət orqanları tərəfindən vakant vəzifələr müsabiqəyə təqdim olunmaqdadır.

Vakansiyalar üzrə ətraflı məlumat "Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar