Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13 saylı “zon”da nə baş verib? - Cinayət işi açıldı


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CM), Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər


Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi araşdırma çərçivəsində konfidensial şəraitdə qəbul edilmiş məhkumlar 13 saylı CM-in yaşayış sahəsində məhkumlar arasında məişət zəmində baş vermiş münaqişə ilə bağlı cərimə təcridxanasına keçirildiklərini, müəssisə əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə və zorakılığa məruz qalmadıqlarını, cərimə təcridxanasındakı saxlama şəraiti və rəftarla bağlı şikayətlərinin olmadığını, hər gün həkim müayinəsindən keçirildiklərini, o cümlədən müəssisəyə heç bir əlavə xüsusi dəstənin yeridilmədiyini, bu barədə yayılan məlumatların əsassız olduğunu bildirib, öz ifadələrini müvafiq aktlarda təsdiq ediblər.

Faktla əlaqədar prokurorluqda cinayət işinin başlanıldığı məlum olub.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmələr çərçivəsində məhkum olunmuş şəxslərlə rəftara dair müəssisə rəhbərliyi və xidmət əməkdaşları ilə maarifləndirici söhbətlər aparılıb, müvafiq müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar