Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 məktəbin tikintisi başa çatdı


Sentyabr və oktyabrda təmir-tikinti qrafikinə uyğun olaraq, Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub


Təhsil Nazirlyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq. Yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri əhatə edir. 

Həmçinin Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq.

Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb.

Sabirabad 5 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş ev də sentyabrda təhvil veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar