Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 ildən sonra Tehrana ilk rəsmi səfər


Fransanın xarici işlər naziri Loran Fabius iyulun 30-da Tehrana səfər edəcək


PİA.AZ APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Fransa xarici işlər idarəsinin rəhbəri iranlı həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək.

Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, bu Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəri olacaq.

“Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək . Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək”, deyə R.Nadal bildirib.

Xatırladaq ki, ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar