Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

118 nömrəli məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib - Fotolar


Mayın 24-ü 2017-ci il tarixində Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin akt zalında böyük sənətkar, gözəllik və həqiqət şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş tədbir keçirilib


Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev, 76 nömrəli tam orta məktəbin direktoru Nəriman İsmayılov, 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərov, 281 nömrəli tam orta məktəbin direktoru Gülşən Əliyeva, məktəb valideyn icmasının rəhbəri Hacı Allahverən Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri – şairə Əzizə Ağahüseynqızı, Xalidə İlyasqızı və Sədaqət Şıxlı, Aşıq Azər Fərmayıl oğlu, Xətai rayon 254 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov cənab Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında izmaladığı sərəncamı yüksək qiymətləndirib. İlham Əliyevlə birgə onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da Azərbaycanın milli-mədəni dəyərlərinin qorunub saxlanmasında göstərdiyi xidmətlərindən söz açıb. Bakı şəhəri E. Cəfərov adına 118 nömrəli tam orta məktəbdə keçirilən çoxşaxəli silsilə tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirilib, məktəbin direktoru Nizaməddin Ağcayevə və kollektivə öz təşəkkürünü bildirib.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev çıxış edərək bir zaman şərəf və şöhrəti ilə fəxr etdiyimiz ərlər, igidlər yurdu olan Şuşa şəhərinin indi bizi gözlədiyini qeyd edib. Ali Baş Komandanın köməkliyi ilə torpaqlarımızın mütləq azad ediləcəyini söyləyib. Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutmasından danışıb.

 Azərbaycan Yazıçılar Birliyinin üzvləri – şairə Əzizə Ağahüseynqızı, Xalidə İlyasqızı və Sədaqət Şıxlı çıxış edərək Molla Pənah Vaqifin bədii irsindən və Vaqifə ithaf etdikləri şeirlərdən nümunələr söyləyiblər. 

Sonra tədbir bədii hissə ilə davam edib. Sagirdlər tərəfindən hazırlanmış müxtəlif kompazisiyalar, səhnəciklər , musiqi nömrələri nümayiş etdirilib.

Aşıq Azər Fərmayıl oğlunun və Xanəndə Seymur Niftiyevin ifası tədbir iştirakçılarına böyük zövq verib. 

Sonda məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin təşkilatçısı Ülkər Yaqubovaya və Rəhilə Hacıyevaya , eyni zamanda gələn qonaqlara öz təşəkkürünü bildirib. 

Tədbir şagirdlərin ifasında “Bura Vətəndir” mahnısının səslənməsi ilə yekunlaşıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar