Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

116 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək


Komitədən verilən məlumata görə, budəfəki hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.
 
Əmlakların siyahısı ilə daha yaxından tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Salyan Kəndkimya” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 
 
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 19-u xidmət, 6-sı kənd təsərrüfatı, 5-i iaşə, 5-i sənaye, 3-ü təmir sahələrinə aiddir. 
 
Balakən rayonunun Atatürk prospekti 2 ünvanında yerləşən əmlak kompleksinin ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 40 min kv.m-ə yaxındır. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi gəlirliyini artıran amillərdəndir.
 
Qazax ərazi yun tədarükü və qəbulu idarəsinin ümumi faydalı sahəsi 562 kv.m, torpaq sahəsi isə 17 min kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Daşkəsəndə yerləşən Yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 41 min kv.m-dir. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
 
Gəncə şəhərində  yerləşən, ümumi faydalı sahəsi 47 kv.m, torpaq sahəsi 58,9 kv.m olan 32 saylı mağaza 1500 manata özəlləşməyə çıxarılacaq. Cəmi 150 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.
 
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 16 kv.m ilə 419 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.
 
Hərraca çıxarılan avtomobillərin ilkin start qiyməti 800 manatla 22 min 500 manat arasında dəyişir. 80 manat beh ödəməklə QAZ-31029 markalı maşına sahib olmaq olar. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan nəqliyyat vasitələridir. Buraxılış tarixləri isə 1994-2007-ci illəri əhatə edir.  
 
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar