Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1158 nəfər Azərbaycandan kənara buraxılmadı

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində döv­lət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasi­tə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdiril­ib


PİA.AZ-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılmış, onların 16 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Ru­­­siya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nə­fə­ri Hin­­distan vətəndaşları olub.

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası ol­madığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qal­dığına gö­rə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sər­hə­dindən  bu­raxıl­ma­yıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nə­fər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­birləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götü­rül­üb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qum­barası,  2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000  Ru­si­ya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil te­lefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sə­na­ye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar