Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“11 əyalət yaradılsın,qubernatorlar təyin edilsin…”

Deputat bəzi nazirliklərin də ləğvini zəruri hesab edir...

Son günlər Azərbaycanda “bu qədər idarəetmə orqanlarını saxlamağa ehtiyac varmı” tipli müzakirələrə yenidən tez-tez rast gəlmək mümkündür. Müzakirələrdə ölkədə idarəetmə subyektlərinin sayının azaldılması, bəzi kiçik rayonların birləşdirilməsi və idarəetmədə paralelçiliyin aradan qaldırılması kimi təkliflər də eşidilir.

Hazırda ölkədə dövlətə məxsus 17 nazirlik, 7 komitə, 14 xidmət, 16 agentlik fəaliyyət göstərir. Bundan əlavə, 60-dan çox rayon mövcuddur…

Deputat Vahid Əhmədov mövzu ilə bağlı “Turan” Agentliyinə deyib ki, rayonlarla əlaqədar idarəetmə strukturunda ciddi dəyişikliklərə ehtiyac var. Onun fikrincə, son vaxtlar dövlət orqanlarında baş verən həbslər, korrupsiya faktları onu göstərir ki, bu sahəyə kifayət qədər fikir verilməyib: “Ölkədə 11 iqtisadi rayon var. Ona görə təklif edirəm ki, ölkədə 11 əyalət yaradılsın, 11 əyalətdə də icra başçısı, qubernator təyin edilsin”.

Deputatın dediyinə görə, burada bir şərt əsas yer tutur, bu da bələdiyyələrə münasibətin dəyişməsidir: “Bələdiyyələrə səlahiyyətlər verilsin. Bələdiyyələrin statuslarına əlavələr edilsin. Bir sözlə, Azərbaycan bələdiyyələri Türkiyə idarəçilik variantına keçirilsin. Sosial-iqtisadi məsələlərlə bələdiyyələr məşğul olsun”.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə strukturunda ciddi dəyişikliklər baş verməyib. Onun fikrincə, idarəetmədə təkmilləşdirmə hələ başa çatdırılmayıb, struktur islahatları bitməyib: “Elə nazirliklər, komitələr var ki, onlara ehtiyac yoxdur, elələri birləşdirilməlidir. Azərbaycanda struktur islahatları başa çatdırılmalıdır. Bu qədər nazirliklərə, komitələrə, ehtiyac yoxdur. Düşüncəmə görə, ölkədə nazirliklər, komitələr qarışıq 14-15 idarəetmə vahidi idarəçilik üçün yetərlidir”.

İqtisadçı Natiq Cəfərliisə “Azadlıq” radiosuna deyib ki, partiyaları hələ hərəkat olduğu zaman, 2013-cü ildə hökumətəölkənin iri iqtisadi regionlarda birləşdirilməsi, regional idarəetmə modelinin tətbiqi və yerli özünüidarəetmənin gücləndirilməsi kimi təkliflər verib. Onun deməsinə görə, digər təkliflər paketi isə kiçik və effektiv hökumət modeli ilə bağlı olub: “Söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər büdcəyə yük olan, idarəetmənin fəlsəfəsinə problemlər yaradan, təkrarçılığa yol verən strukturlar var”.

Amma N.Cəfərli hesab edir ki, indi sırf optimallaşdırmanın həyata keçirilməsi qanunvericilik baxımından həll olunmalıdır: “Yəni, məsələ prezident fərmanları ilə yox, Konstitusiyaya, qanunlara salınmaqla həllini tapmalıdır. Konstitusiya islahatlarına ehtiyac var, regional idarəetmə prinsipləri tətbiq olunmalıdır. Yerli özünüidarəetmə gücləndirilməlidir. Bakı, Gəncə, Lənkəran, Şəki kimi böyük şəhərlərdə mer seçkiləri olmalıdır. Rayon icra başçılarının əvəzinə rayon bələdiyyə sədrləri birbaşa seçkilərdə seçilməlidir”.

İqtisadçıya görə, optimallaşma baxımından müəyyən addımlar atılsa da, burada da yarımçıqlıq var. Onun fikrincə, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasına ehtiyac yoxdur, nazirliklərin sayı optimala yaxın olsa da, dövlət komitələrinin sayıçoxdur: “…Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” ASC-lər var, bunların paralel fəaliyyətlərinə ehtiyac yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar