Dubayda bir hamburger hərracda 10 min dollar qarşılığında öz alıcısını tapıb
10 min dollarlıq hamburgeri məşhur bir jurnal olan Villa 88`in qurucusu Asma Al Fahim alıb. Böyük hamburger yeddi ədəd hamburger ətindən meydana gəlir və hər biri Birləşmiş Ərəb Əmirliklərindəki Əmirlikləri təmsil edir. Eyni zamanda quruluşu və böyüklüyü ilə fərqlənir.
2 il əvvəl Dubayda 7 min dollara satılan hamburger dünya rekordu qırmışdı. Bu il isə rekord yenilənib və qazanılan məbləğ sinə xərçəngi üçün maarifləndirmə işlərinə sərf ediləcək.(bizplus)
pia.az