Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

1093 terrorçu Türkiyənin əlində: PKK-ya ağır zərbə

Türkiyənin anti-terrora qarşı kompleks mübarizəsi PKK terror təşkilatını məhv olma səviyyəsinə gətirib...

PİA.az xəbər verir ki, uzun illər Türkiyəyə qarşı qanlı terror aktları həyata keçirən və Qərbin əlində Ankaraya qarşı maşa rolunu oynayan PKK-nın son vəziyyətini real rəqəmlər ortaya çıxarır.

2016-cı ildən bu yana Türkiyə hüquq-mühafizə orqanlarına 1093 terrorçu təslim olub. Bu terrorçuların 635-nin ailələri ilə aparılan müzakirələr nəticəsində dağdan endiyi məlum olub.

Müzakirələr yolu ilə 2016-cı ildən dağdan 79 terrorist enərək təslim olduğu halda 2017-ci ildə bu rəqəm 105-ə çatıb. 2018-ci ildə təslim olan terrorçuların sayı 165-ə, 2019-cu ildə isə 273 nəfərə qədər qalxıb. 2020-ci ilin ilk 15 günündə 13 PKK terrorçusu türk hüquq-mühafizə orqanlarına təslim olub.

Son 30 ilin ən acınacaqlı durumunu yaşayan PKK terror təşkilatına qatılmaq istəyən sayı isə sıfır nöqtəsinə gəlib.

Əlavə edək ki, uzun müddətdir HDP tərəfindən aldadılıb PKK-ya aparılan gənclərin ailə üzvlərinin HDP-nin Diyarbəkir ofisinin qarşısında oturmaq aksiyası davam edir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Türkiyə PKK

Şərh yazın.


loading...

Ən çox oxunanalar