Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 illik nifaq: Qərb niyə Ərdoğanı və Putini tənqid edir?

Bu gün baş verən heç bir hadisə tarixdən kənarda deyil. Çünki səhvlərdən dərs çıxarılmadığı üçün tarix təkrar olunur...

Zekeriya Kurşun
“Yeni Şafak” qəzeti, Türkiyə, 14 noyabr 2019-cu il

Onsuz da tarixin yarım əsrdən bir yazılmasının səbəbi də budur. Çünki ayrı-ayrı fərdlərdə olduğu kimi, millətlərdə və dövlətlərdə də sonrakı nəsillərə səhvləri və düzləri ötürmək qayğısı var. Digər tərəfdən də, siyasi tarix baxımından yanlışlar və doğrular ərazi, ölkə, vətəndaşlar və liderlər baxımından nisbi və dəyişkəndir. Bu, əsasən, dəyərlərə görə yox, mənfəətlərə görə formalaşır. Lakin son 2 əsrə baxdıqda görünür ki, Şərqdə dəyərlər baxımından, Qərbdə isə mənfəətlərə görə ittifaqlar yaradılır. Şərq qurmaq istədiyi bu ittifaqı həyata keçirməkdə tərəddüd edir, lakin Qərb qurduğu nizamla mənfəət birliklərini və tez-tez yer dəyişdirən oyunçuları sayəsində öz siyasətini bir şahmat kimi aparır.

19-cu əsrin son hissəsinə nəzər saldıqda görürük ki, əsrin əvvəlində, yəni 1815-ci ildə qurulan Avropa nizamı sarsılıb və Qərb böyük bir böhrana sürüklənib. ABŞ-ın hələ oyunçu olmadığı dünya siyasətində Avropadan İngiltərə, Fransa, Almaniya və tez-tez onların əleyhinə çıxış edən Rusiya baş rol oynayarkən Şərq dünyasını təmsil edən Osmanlı dövləti oyundan kənara atılmışdı.

19-cu əsrin son rübündə Qərbdə dövlətlərin mənfəətlərinə görə formalaşan bloklar yaranmağa başlayıb. Bir tərəfdən yeni yüksələn Almaniya, digər tərəfdən də İngiltərə və Fransa bu bloklara liderlik edirdi. Rusiya, Avstriya və bəzən də İtaliya bu blokların ehtiyaclarına görə bölünürdü. Məsələn, almanların 1871-ci ildə fransızlara qalib gəldiyi Sedan müharibəsindən sonra Almaniya, Rusiya və Avstriya-Macarıstan arasında 3 imperiya liqası qurulmuşdu. Amma Qərb buna tab gətirə bilmədi. Çünki Rusiyanın Qərbi Avropanın düz yanında, Balkanlardakı fəaliyyəti nizamı poza bilərdi. Elə ona görə də, Qərbdəki nizam bu liqadan Rusiyanı kənarlaşdırdı və Almaniya, Avstriya-Macarıstan arasındakı 2 imperiya liqasını yaratdı. Bir müddət sonra gözlənilməz bir şəkildə bu liqanın bir tərəfi İtaliya oldu və ortaya üçlü ittifaq çıxdı.

Şahmat taxtasında oyunçular həmişə hərəkətdə olublar. Fransa da boş dayanmayıb, Rusiya ilə hərbi ittifaq yaradıb və Qərbdə ola biləcək bir müharibənin ertələnməsini təmin edib. Bu prosesi dönəmin ən önəmli siyasi katalizatoru olan İngiltərə yeni bir səviyyəyə daşıyıb. Həm Fransa, həm də Rusiya ilə ayrı-ayrı hərbi razılaşmalar əldə edərək 20-ci əsrin gələcəyini müəyyənləşdirən I Dünya Müharibəsinin yolunu açmışdı.

1919-cu ildə Parisdə toplanan Sülh Konfransı ABŞ-ı da sistemin içinə daxil edərək Qərbin nizamı üçün yeni bir yol xəritəsi cızdı. Adı Sülh Konfransı olsa da, Qərbin mənimsədiyi üsul həmişə xaosdan istifadə etmək idi. Məsələn, Paris Konfransı 1919-un sonunda Londona daşındıqda bu üsulun birləşdirilməsindən başqa heç bir şey edilmədi. 1920-nin aprelində San Remoda yenidən birləşdirilən xaos sistemi 1920-nin avqustunda Osmanlıya yeridilən Sevr müqaviləsində öz əksini tapdı. Tamamilə Qərb yönümlü bir dünya sisteminin qurulması üçün maneə hesab edilən Şərqin ən önəmli qüvvəsini kənarlaşdırmağa cəhd edirdilər.

Üstündən 100 il keçməsinə baxmayaraq, dünya hələ də o müharibənin təsirin xilas ola bilməyib. Lakin bu günə qədər gəlib çıxan problemlər həmin dönəmi başa düşmək üçün çox önəmli ipucları verir. Qərb bu prosesdə özünü yenidən yaradıb. Osmanlı parçalanıb, Yaxın Şərq və Şimali Afrika yenidən yaradılarkən, Afrika qitəsinə də tamamilə qərblilər hegemonluq etməyə başladı.

Qərb, əslində, iki istisna haldan başqa, çox uğurlu oldu. Biri öz ittifaqı içində saxlaya bilmədiyi Rusiyanın bolşevizmə keçərək yeni bir dünya yaratması, ikincisi də zülmə yox deyən Anadoludakı Milli Mübarizə hərəkatı oldu.

21-ci əsrin ilk yarısındayıq və dünya özünü təkrar etməyə başlayıb. Yeni rübün tarixi yazılarkən Qərbdə ABŞ-ın liderlik etdiyi xaos nizamı da sarsılmağa başlayıb. NATO-nun beyninin ölməsi iddiaları, ittifaqların açılmağa başlaması, Avropa liderləri öz aralarında ixtilaf yaşayarkən Trampa qarşı ittifaq yaratması Qərb nizamının sarsılmasından xəbər verir. Çinin yüksəlişi və Afrikadakı oyanış da sistemin bir digər qorxusudur.

Dünya yenidən qurulur. 20-ci əsrin ilk rübündə olduğu kimi yenə qüvvədə olan 2 oyunçu səhnədədir: Türkiyə Rusiya. Prezident Ərdoğanın və Rusiya prezidenti Putinin Qərbdə tez-tez tənqidlərə məruz qalmasının səbəbəi bu sarsıntılardır. Türkiyə Respublikasının qurulmasından və NATO-ya daxil olmasından sonra Qərb ittifaqı daxilində yer alan Türkiyənin bu gün özbaşına hərəkət etməsi və həmçinin, Sovet İttifaqı dağıldıqdan sonra liberal dünyaya adabtasiya olmnağa çalışan Rusiyanın tərbiyə edilə bilməməsi Qərbin ən böyük problemlərindən biridir. Buna görə də, gündəmdə saxlanılan S-400, F-35, İŞİD, PYD/PKK və digər problemlərin hamısı bəhanədir. Bu baxımdan son zamanlarda liderlər arasındakı münasibətləri və təbii olaraq Ərdoğan-Tramp arasında baş tutan görüşləri də bu şəkildə izah etmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar