Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 sentyabr: Dünya İntiharla Mübarizə günü – Özünə qəsd etmə, xilas üçün zəng et- Telefon

Səhiyyə Nazirliyi yanında Psixi sağlamlıq mərkəzinin 2 Qaynar Xətti mövcuddur

Son zamanlar hər gün eşidilən intihar hadisələri, insanların, xüsusən gənclərin psixoloji möhkəmliyinin müxtəlif səbəblərdən pozulması, gənclərin çıxış yolunu özünəqəsddə görməsi cəmiyyətdə psixi sağlamlığın ciddi təhlükə altında olduğunu göstərir.

Müxtəlif dövlət qurumları, mütəxəssislər və ictimai siyasi xadimlər artıq ciddi tədbirlər görülməsinin labüdlüyü barədə çıxışlar edir.

Məktəblərdə psixoloji təzyiqə məruz qalan şağirdlərin müraciət etməsi üçün Təhsil Nazirliyi də qaynar xəttin açılacağı barədə elan verib.

Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzinin "Qaynar xətt”i artıq bir neçə ildir ki, bu missiyanı icra edir.

Sadəcə bu mərkəz haqqında cəmiyyətdə geniş təbliğat aparılmadığı, "Qaynar xətt” nömrələri kifayət qədər tanıdılmadığı üçün insanlar çıxılmaz durumlarda və intihar öncəsi müraciət üçün hara, kimə üz tutacaqlarını bilmir.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyi yanında Psixi sağlamlıq mərkəzinin 2 Qaynar Xətti mövcuddur:
012 566 50 61 ; 012 409 39 28 şəhər nömrələri hər kəsin zənginə açıqdır.
409-39-28 nömrəsi isə 24 saat fasiləsiz çalışır.

Mərkəzin direktoru, professor, psixiatr Fuad İsmayılov Medicina.az-a açıqlamasında bildirib ki, illərdir mərkəz müxtəlif psixi sağlamlıqla bağlı zəngləri qəbul edir. Eləcə də mərkəzdə psixoloq və psixiatrlar tərəfindən müxtəlif psixi problemlərin müalicəsi aparılır:

"Qaynar xəttimizə istənilən yaş həddində olan Azərbaycan vətəndaşı zəng edə bilər. Zənglərə peşəkar psixiatr və psixoloqlar cavab verir. Ən çox gənclər zəng edir, onların da problemi sevgi münasibətləri, ayrılıq, şəxsi məsələlər olur. Çox zaman oğlanlar, qızlar zəng edib, ağlayaraq sevdiyi insandan ayrıldığı üçün əzab çəkdiyini, həyatdan küsdüyünü bildirir.

Amma intihar etməyə hazırlaşan, intihar edəcəyini bildirən şəxslər tərəfindən zənglər olmayıb. Bilirsiniz, psixoloji durumu kritik olan insan heç vaxt zəng edib qəfildən demir ki, özümü öldürmək istəyirəm.

Krizis xəttinə zəng edəndə bizim əməkdaşlar ehtiyatla bu mövzuda danışır. Birdən-birə "siz intihar etmək istəyirsiniz?” sualını vermək düzgün deyil.
Bizim psixoloq problemin səbəbini, neçə müddətdir başladığını soruşur. Belə bir sual verə bilər ki, sizdə belə istək olurmu, istəyirsiniz, yatasınız və ayılmayasınız. Bu suala verilən cavabdan bəlli olur ki, zəng edən depressiyanın hansı mərhələsindədir, intihar barədə düşünür, ya yox.


Bu suallardan yola çıxıb, vətəndaşlara psixoloji yardım göstərilir. Lazım olsa, təkrar zənglər edir, danışır. Amma təbii ki, ən yaxşısı əyani yardımdır.

Vətəndaşa təklif olunur ki, mərkəzə gəlib, psixoloq, psixiatr müayinəsindən keçsin, daha yaxından kömək alsın. Amma çoxları gəlməyə qorxur. Ailə məişət zəminində ər-arvad arasında olan münaqişədə qadın zəng edir, danışır, amma gələ bilmir. O zaman təklif edirik, yaxın etibar etdiyi ailə üzvü ilə birgə, hansısa yolla çıxıb, bu mərkəzə bir dəfə də olsa gəlsin”.

Psixiatrın sözlərinə görə, intihara meyillik, səbəblər müxtəlif psixi xəstəliklərdən də ola bilər: "Depressiyadan başqa şizofreniya var, hansısa üzvi mənşəli pozulma, sistematik xəstəlik var, bunları aydınlaşdırmaq lazımdır”.

Fuad İsmayılov bildirib ki, Mərkəzə daha asan, yaddaqalan qısa nömrə alınması məsələsi bir neçə dəfə qaldırılsa da, bu nömrələrin pullu olması səbəbindən həll olunmayıb.

Bir daha krizis xəttinin nömrələrini təqdim edirik:
012 566 50 61 ;
012 409 39 28 ( 24 saat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar