Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 manatlıq MMC-lərinin illik vergi borcu yüz milyonları əhatə edir - “Tender mafiyası”nın “nağdlaşdırma əməliyyatları”…

Faktiki olaraq hər il milyardlarla büdcə vəsaitləri necə nağlaşdırılır?..

Azərbaycanda dövlət satınalmalarında olan qanunsuzluqlar və özbaşınalıqlar barədə o qədər yazılıb ki… Amma bu sahədə heç bir dəyişiklik hiss olunmur. Hələ də heç kimin tanımadığı, ofisi, işçisi olmayan, hətta tender elan olunandan sonra təsis edilən 10-20 manatlıq şirkətlər böyük tenderlərin qalibi elan olunurlar və Maliyyə Nazirliyinin nəzarətində olan tender komissiyaları “gözlərinə girən” bu qanunsuzluqları “görmürlər”.

Ən diqqət çəkən məsələ isə odur ki, bu tipli “tender şirkətləri”nin dövlətə olan borcu bəlkə də yüz milyonları əhatə edir. Yəni “tender şirkətləri” bir tərəfdən büdcə pullarını nağdlaşdırıb mənimsəyirlər, digər tərəfdən isə vergidən yayınaraq dövlət büdcəsinə ikiqat ziyan vururlar. Həqiqət budur…

Buna baxmayaraq Satınalmalar üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi hər gün mətbuatda dərc olunan sənədli-sübutlu faktlara gözlərini və qulaqlarını qapayırlar. Sanki bu boyda talanın onlara heç bir dəxli yoxdurmuş kimi davranırlar. Əslində onların gözlərini və qulaqlarını qapadıqları faktları mətbuatın yazmasına da ehtiyac yoxdur. Çünki mətbuat həmin faktları və kobud qanun pozuntularını elə Satınalmalar üzrə Dövlət Agentliyinin və Vergilər Xidmətinin rəsmi veb saytlarından götürüb ictimailəşdirir və bu durumda deyiləcək söz də qalmır...

Maraqlıdır ki, digər əlaqədar orqanlar da dövlət satınalmalarında baş verənlərə tamamilə laqeyd münasibət göstərirlər. Yəni söhbət milyardların mənimsənildiyi qapalı bir dairədən gedir və o dairənin sehri qırılmır.

Bütün məmurların “dolanışıq” yeri

Bəs nə baş verir? Niyə bu qədər açıq korrupsiya faktları heç bir dövlət orqanının diqqətini cəlb etmir? Hansı səbəbdən ümumilikdə götürdükdə hər il milyardların mənimsənilməsinə yol açan kobud və açıq qanun pozuntuları öz axarı ilə davam edir? PİA.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb və bulunmaz kimi görünən bulmacanı çözməyə çalışıb.

Biz məsələ ilə bağlı uzun illər müxtəlif müəssisələrdə mühasib və baş mühasib olaraq çalışan bir şəxsin fikirlərini öyrəndik. Müsahibimiz bildirdi ki, dövlət satınalmalarında baş verənlərlə bağlı əslində hər şey sadədir və bu sistem hələ sovet dövründən “saat kimi işləyir”. Bütün məsələ isə ondadır ki, məmurların əsas “dolanışıq” yeri həmişə dövlət satınalmaları olub. Ona görə də bu sistemdə elə bir şəbəkə yaranıb ki, bu şəbəkəyə qarşı addım atıldıqda hər kəsin maraqları təhlükəyə girir, hətta addım atanların belə...

“Sadəcə olaraq sovet dönəmindən fərqli olaraq indi özəl şirkətlərlə “əməliyyat həyata keçirmək” çox asan və sərfəlidir”, deyə müsahibimiz bildirib.

Tenderlərin elanı məmurlar üçün büdcə və müəssisə vəsaitlərini mənimsəmək üçün vasitədir

Tenderlər bir qayda olaraq heç də dövlət qurumlarının müəyyən ehtiyaclarına görə deyil, büdcə pullarını mənimsəmək üçün həyata keçirilir. Yəni hər bir idarə və müəssisə rəhbəri dövlət pulları mənimsəmək üçün müəyyən satınalmalar həyata keçirir. Əslində isə bütün əməliyyat ancaq sənədlər üzərində olur. Yəni siz Azərbaycanın hansısa rayonunda hansısa idarənin yumşaq, ya da bərk mebel alması ilə bağlı tender elanı ilə rastlaşırsınızsa, düşünməyin ki, sabah həmin idarəyə gedəndə həmin yumşaq mebeldə əyləşib rahatlanacaqsınız. Görəcəksiniz ki, o idarədə yumşaq mebel sovet dövründən qalıb. Amma sənədlərə görə müstəqillik illərində hər bir idarə bir neçə dəfə yumşaq və bərk mebellərini dəyişib. O cümlədən məktəb və xəstəxanalarda. Sadəcə həmin satınalmalar üçün ayrılan vəsaitlər nağdlaşdırılır və mənimsənilir. Hər kəs də öz payını alır.

Etiraf etməliyik ki, bu tipli tenderləri həyata keçirmək üçün dövlət idarələrinin yüzlərlə “ehtiyacı” ola bilər və biz keçirilən tenderlərdə bu “ehtiyac”ları hər gün görnəkdəyik. Əslində isə dövlət qurumanda işləyən işçi qələmini də, kağızını da, digər ehtiyaclarını da özü almalıdır. Qayda belədir...

Nağdlaşdırma prossesində pay bölgüsü

Keçirilən tenderlərdə birinci mərhələ “qalibin” inanılmış adam olmasıdır. Ona görə də hər bir məmur bir neçə adamın adına bəzən onlarla 10 manatlıq MMC açır. Bu məmurlara xüsusi sərf edən məsələdir. Çünki ümumi məbləğin 13 faizi bir qayda olaraq tender vəsaitini nağdlaşdıran MMC sahibinə verilir. İdarə və müəssisə rəhbərləri isə bu “faizi” itirmək istəmədilkəri üçün özlərinə 10 manatlıq MMC-lər yaradırlar. Çünki hər bir tenderdə icra hakimiyyətinin, Satınalmalar üzrə Dövlət Agentliyinin, Maliyyə Nazirliyinin, Dövlət Xəzinədarlığının öz payı var. Yəni sonucda idarə müdirinə elə də böyük “mənfəət” qalmadığına görə, o da MMC-nin payına sahib olmaqla öz payını artırır.

Lakin bu qayda ümumi məbləği 10-50 min arasında olan tenderlərdə keçərli ola bilir. Daha böyük tenderlər isə mərkəzləşdirilib və monopoliya altındaır. Bizim “tender mafiyası” dediyimiz şəbəkənin də üst qatını həmin monopolistlər təşkil edir. Hər bir nazirliyin və böyük dövlət şirkətinin böyük tenderlərin həyata keçirilməsi üçün öz “monopolisti” var və bu “monopolistlərin” əllərində yüzlərlə MMC-lər var.

Kiçik və böyük tenderləri udan bu MMC-lərin hər birinin dövlətə vergi borcları yaranır və bəzən bu borclar milyon manatlara qədər artır. Faktiki olaraq tender MMC-lərinin illik vergi borcu yüz milyonları əhatə edir. Amma bu vacib məsələdə əlaqədar qurumlar susqunluq nümayiş etdirirlər.

Ölkənin ən böyük tender monopolisti

Mətbuatda yazılanlardan yola çıxarsaq, Azərbaycanın bilinən ən məşhur tender monopolisti Ramazan Mirzəyev görünür. Elə bu üzdəndə ölkə mətbuatın iş dünyasında Hacı Ramazan kimi tanınan Mirzəyevi mətbuat “tender kral”ı kimi oxucularına təqdim edir.

Bəs kimdir Ramazan Mirzəyev? Əsasən Bakı şəhərində həyata keçirilən tenderləri monopoliyasında saxlayan Ramazan Mirzəyevin ayrı-ayrı adamların adına olan yüzlərlə şirkəti olduğu bildirilir. Bakı şəhərinə aid olan tenderlərin “nağdlaşdırma əməliyyatları” da Ramazan Mirzəyevin rəhbərliyi ilə həyata keçirilir. Əldə etdiyimiz məlumata görə Hacı Ramazan əksəriyyət tenderlərdən öz payı olan 13%-ni götürərək qalan məbləği əlaqədar kanallara ötürür. Bunun üçünsə tenderi onun yüzlərlə şirkətindən biri qazanır və pullar həmin MMC-nin hesabına keçdikdən sonra həmin vəsait bankda nağdlaşdırılır.

Ramazan Mirzəyevin ən məşhur tender şirkətlərindən biri “İnpeks.N” MMC-dir. Belə ki, “İnpeks.N” MMC 2015-ci ildə 25 tenderin, 2016-cı ildə 78 tenderin, 2017-ci ildə 150 tenderin, 2018-ci ildə 170 tenderin, 2019-cu ildə 287 tenderin, 2020-ci ildə isə 160-a yaxın tenderin qalibi olub. Əslində nizamnamə kapitalı 10 manat olan, hüquqi ünvanı isə Bakıdakı adi mənzillərdən biri olan bir şirkətin bu qədər tender qazanması çoxdan əlaqədar qurumların diqqətini cəlb etməliydi. Amma gördüyümüz kimi cəlb etmir…

Qeyd edək ki, 2020-ci ildə İqsadiyyat yanında Vergilər Xidmətinin rəsmi veb saytında “İnpeks.N” MMC-nin 7 milyon 263.9 min manat məbləğində təşkil edib. Hazırda isə Hacı Ramazanın məşhur şirkətinin dövlətə olan borcu 9 milyon 841 min 623. 14 manat olaraq görünür.

Sual olunur dövlətə yuxarı aşağı 10 milyon borcu olan bir şirkət necə olur ki, tender udmaqda davam edir? Bəs Vergilər xidməti dövlətə 10 milyon borcu olan “İnpeks.N” MMC haqqında niyə ölçü götürmür?..

Qeyd edək ki. Hacı Ramazanın rəhbərliyi həyata keçirilən “nağdlaşdırma əməliyyatları” nəticəsində dövlətə milyonlarla vergi borçları olan bir çox şirkətlər də mövcuddur. Bunların arasında Ramazan Mirzəyevin nəzarətində olan “Vest LTD” MMC, “Stone Construktion” QSC, “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”, ”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC SS”, “Olimpic HH”, "Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- kimi şirkətlər də var.

Araşdırmamız davam edir…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar