Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

10 ildən sonra bütün ölkələr vizaları ləğv edəcək – Dünya Turizm Təşkilatı

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv olunacağını güman edir

Bu barədə UNWTO Baş Asambleyasının XIII sessiyasında təşkilatın Baş katibi Zurab Pololikaşvili bildirib.

“Təqribən on il əvvəl dünya əhalisinin 77 faizi vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50 faizdən bir qədər çoxdur. Yenə də böyük rəqəmdir. On ildən sonra vizaların aradan qalxacağına ümidvarıq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsin. Arzumuz turizmin hamı üçün açıq olmasıdır”, – təşkilatın baş katib deyib.

O, hazırda bir sıra ölkələrdə “xüsusi təhlükəsizlik məsələləri” qalsa da, viza rejiminin bütövlükdə ləğvinə tərəfdar olduqlarını diqqətə çatdırıb.

“Başlıca tövsiyəmiz bu kimi əngəlləri aradan qaldırmaq, vizalardan yaxa qurtarmaq, turizmin hər kəs üçün rahat olmasına nail olmaqdır”, – Z.Pololikaşvili vurğulayıb. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: viza


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Dünya mətbuatı İdlib hücumu ilə bağlı nələr yazır?..

Vasif Talıbov öz qardaşı ilə toqquşur? - Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb...

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

Aylıq gəliri 2 milyon manat olan icra başçısı eşşək südünü 80 manata satırmış

İcra başçısı eşşək südünü 80 manata satırmış...

loading...

Ən çox oxunanalar