Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1 ildə 15 min boşanma ilə hara gedirik? – Müsahibə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifənin öhdəsindən gəlirmi?..

Sosioloq: “Ailəsi möhkəm olmayan cəmiyyətin özü hər zaman təhlükə qarşısındadır”.

Azərbaycan ailəsi heç vaxt indiki qədədr belə gərginlik içində olmayıb. 40-50 il bundan əvvəl azərbaycanlı oğlanda da, qızda da ailə haqqında mükəmməl təsəvvürlər var idi. Hər kəs ailə qarşısında öz borcunu bilirdi və bilirdilər ki, evlənirsə, kişinin borcu nədir, qadının borcu nədir. İndi aləm o qədər bir-birinə qarışıb ki, gənclərimizin ailə barədə təsəvvürləri yoxdur”.

Bu fikirləri sosiaolq Əhməd Qəşəmoğlu Azərbaycan ailəsinin daxili vəziyyətini PİA.az-a şərh edərkən bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ötən il Azərbaycanda rəsmi orqanlar tərəfindən 62,5 min nikah qeydə alınıb. Onlardan 14,9 min ailə boşanıb.

Azərbaycanın KİV-lərində və ictimaiyətində çoxdan boşanmaların artması ilə əlaqədar həyacan siqnalı çalınır. Bu mövzunun, sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir. İnsanlar həm DSK-nın KİV-də təqdim olunan statistikasına, həm də öz şəxsi müşahidələrinə və ya təcrübələrinə əsaslanaraq mövcud durumun səbəblərini və ondan çıxış yollarını düşünürlər.

Qeyd edək ki, hazırda birinci nikaha daxil olanların orta yaşı kişilər arasında 27,7 yaş, qadınlar arasında isə 23,7 yaş təşkil edir.

Azərbaycanda boşanmaların artıq təhlükəli rəqəmlərə keçdiyini və bunun qarşısının alınması yollarını ilə bağlı PİA.az sosioloq Əhməd Qəşəmoğlu ilə kiçik müsahibə edib.

Əhməd Qəşəmoğlu: “Araşdırmamızın nəticəsi olaraq deyə bilərəm ki, 25 faiz ailə boşanıbsa da, 50 faiz ailənin içərisində gərginlik var”.

Mövzu ilə bağlı PİA.az sosioloq Əhməd Qəşəmoğlunun müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Əhməd bəy, ildən-ilə boşanmaların statistikasının artması və bir ildə 15 min şəxsin boşanması artıq təhlükədən xəbər verirmi?

- Bəli, 1 ildə 15 min ailənin dağılması təhlükədən xəbər verir. Boşanmaların bu qədər çoxalması xoşagəlməz haldır. Çünki Azərbaycan mədəniyyəti ailə əsasında formalaşıb. Yəni Azərbaycanda ailə ənənələri, ailəyə bağlılıq olub. Ailəsi möhkəm olmayan cəmiyyətin özü hər zaman təhlükə qarşısındadır.

Azərbaycanda çox yaxşı ailə modeli var idi. Yaxın vaxtlara qədər də bu ailə modelindən xaricdə danışanda hamının diqqətin cəlb edirdi. Çox təəssüf ki, biz bu ailə modelin saxlaya bilmədik. Azərbaycan ailəsi heç vaxt indiki qədədr belə gərginlik içində olmayıb. 40-50 il bundan əvvəl azərbaycanlı oğlanda da, qızda da ailə haqqında mükəmməl təsəvvürlər var idi. Hər kəs ailə qarşısında öz borcunu bilirdi və bilirdilər ki, evlənirsə, kişinin borcu nədir, qadının borcu nədir. İndi aləm o qədər bir-birinə qarışıb ki, gənclərimizin ailə barədə təsəvvürləri yoxdur. Əvvələr olan bütün adət-ənənələrimiz də demək olar ki, dağılıb və biz bu sahəyə diqqət vermirik.

Əhməd Qəşəmoğlu: “Azərbaycanda çox yaxşı ailə modeli var idi. Yaxın vaxtlara qədər də bu ailə modelindən xaricdə danışanda hamının diqqətin cəlb edirdi. Çox təəssüf ki, biz bu ailə modelin saxlaya bilmədik”.

Mənim dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüm olub və bildirmişəm ki, bu məsələlərə ayrı cür yanaşmaq lazımdır. Qloballaşmanın surətlə getdiyi vaxtda, cəmiyyətdə yeni bir şəraitlərin yarandığı vaxtda biz təcili olaraq elə bir ailə modeli ortaya qoymalıyıq ki, həmin model effektli olsun.

Biz sosioloq olaraq araşdırmalar aparırıq və araşdırmamızın nəticəsi olaraq deyə bilərəm ki, 25 faiz ailə boşanıbsa da, 50 faiz ailənin içərisində gərginlik var. Həmin ailələr boşanma ərəfəsindədir və boşanma yoxdursa da, evdə bütün gün gərginlik hökm sürür. Ola bilsin ki, 20-25 faiz normal ailələrimiz var. Bu isə çox təhlükəlidir. Yəni söhbət təkcə 25 faiz boşanmadan deyil, eyni zamanda gərgin olan ailələrdən gedir. Çünki gərginlik içində böyüyən yeni nəsil arzu etdiyimiz nəsil olmayacaq.

Təcili şəkildə elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır və həyata keçirilməlidir. Fəaliyyət proqramında məlum olacaq ki, maarrifləndirmədə, qanunda hansı dəyişikliklər olmalıdır. Elə etməliyik ki, qurulan ailələr ortaq dəyərlər əsasında qurulsun və ailə quranda insanların aydın təsəvvürləri olsun. Bununla bağlı da mənim xeyli təkliflərim var. Bu istiqamətdə işlər getməlidir, amma təəssüf ki, heç bir iş görülmür.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahədə yürütdüyü siyasət və fəaliyyətini necə dəyərləndirərdiz? Boşanmaların sayının artmasında Komitənin fəaliyyətindəki qüsurlar rol oynayırmı?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman ciddi cəhdlə istəyir ki, nəsə etsin. Amma onlar bilmirlər ki, nə etmək lazımdır. Bu məsələdə metodologiyanı, nəzəriyyəni tapmaq lazımdır. Yəni Yaponiyadakı nəzəriyyə ilə bizim ailə modellərimizi qurmaq olmaz. Bizim indiki şəraitdə mahiyyətdən doğan şərtlər daxilində yeni ailə modelləri qurmaq lazımdır.

Əhməd Qəşəmoğlu: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman ciddi cəhdlə istəyir ki, nəsə etsin. Amma onlar bilmirlər ki, nə etmək lazımdır”.

Təəssüf ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahəyə gücü çatmır. Yəni bir daha qeyd edim ki, Komitədə bu sahədə hər hansı işlərin görülməsi üçün istək var, amma bu işləri necə görmək lazımdır onu bilmirlər.

- Uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Sizcə boşanmaların qarşısın almaq üçün ilk növbədə hansı addım atılmalıdır?

- Əvvəla çalışmaq lazımdır ki, gənclərimiz ailə quranda onların ortaq maraqları olsun. Qədim vaxt deyil ki, deyilsin filankəsin qızı yaxşıdır, filankəs mənim qohumdur, beləliklə də ailə qurulsun. İndi dünyada informasiya əlaqələri çoxalıb və hər bir kəsin özünün biliyi var. Ailəyə boşanmayın deyə israr etmək olmaz. Sadəcə olaraq onlara elə istiqamət vermək lazımdır ki, onların özləri boşanmaq lazım olmadıqlarını başa düşsünlər.

Ailələr niyə boşanır? Çünki evlənəndən bir ay sonra görürlər ki, ailə onların xəyalında tutduqları kimi aləm deyil. Tamam başqa aləmdir. Buna görə də boşanma surətlənir. Həmçinin fiziki sağlamlıq da bu məsələlərə çox ciddi təsir etməyə başlayıb. Ümumiyyətlə əhalinin sağlamlıq mədəniyyəti təəssüf ki, aşağı səviyyədədir. İnsanlar bəzən bilmirlər ki, əgər xəstədilərsə, nə etmək lazımdır.

Əhməd Qəşəmoğlu: “Ailəyə boşanmayın deyə israr etmək olmaz. Sadəcə olaraq onlara elə istiqamət vermək lazımdır ki, onların özləri boşanmaq lazım olmadıqlarını başa düşsünlər”.

Eyni zamanda ailələrin dağılmasına iqtisadi faktorlar da təsir edir. Çünki ailə quranların mənzili, normal şəraiti olmalıdır. Əvvəl qəbul olunan hal idi ki, ailə quranda gəlin oğlanın ata-anası ilə bir yerdə yaşayardı. İndi cəmiyyət dəyişib və ata-ana ilə bir yerdə yaşamağı istəyən də azdır, həm də bir yerdə yaşamaq da çətindir. Göründüyü kimi ailə bağlı şərtlər dəyişib.

Dediyim bütün nüanslar nəzərə alınmalıdır və yeni bir faəliyyət proqramı hazırlanmalıdır. Mən istənilən vaxt bu sahədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Milli Məclisin kömək etməyə hazıram.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar