Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1-ci sinfə getmək üçün nə etməli?



Bakı Şəhər Təhsil İdarəsi 1-ci sinfə qəbulla bağlı yeni məlumat yayıb


PİA.AZ Qafqazinfo-a istinadən xəbər verir ki, Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır. 

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaqdır.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər. 

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır. 

İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla). 

Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. 

İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaqdır.

Mövzu ilə bağlı valideynlərə maraqlı olan sual-cavabı da təqdim edirik

Elektron sistem hansı zərurətdən tətbiq edilir?

I sinfə elektron sənəd qəbulunun tətbiqi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlər dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə yalnız xidmət edir.

- I sinfə elektron sənəd qəbulu hansı sayt vasitəsi ilə aparılacaqdır? 

Elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

- Elektron sistemin tətbiqi mövcud qaydalarda hansı dəyişiklikləri nəzərdə tutur?

Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

- Elektron sistemdən istifadə ödənişlidirmi?

Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün valideynlərdən (digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb olunmur.

- Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?

Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

- Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?

Səbail rayonu – 2 nömrəli THL, Nizami rayonu – 145 nömrəli, Nəsimi rayonu – 133 nömrəli, Yasamal rayonu – 18 nömrəli, Nərimanov rayonu – 47 nömrəli, Xətai rayonu – 191 nömrəli, Sabunçu rayonu – 252 nömrəli, Suraxanı rayonu – 114 və 279 nömrəli, Qaradağ rayonu– 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaqdır.

- Elektron sistemlə istifadəçi arasında hansı əlaqə vasitələrindən istifadə edilir?

Mobil telefon və ya email ünvanı.

- Email ünvanı olmadan qeydiyyatdan keçmək mümkündürmü?

Bəli. Qeydiyyat mobil telefon nömrəsi ilə keçirilə bilər.

- I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Valideyn (digər qanuni nümayəndə) şagird qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri təqdim etməlidir:

* Şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti (uşağın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işləri üzrə Ali Komissarlığının Himayə Sənədi);

* uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

* 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;

* məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);

* valideynin (digər qanuni nümayəndənin) “Şəxsi Kabinet”indən çap çap olunmuş “Buraxılış vərəqi” (zəruri deyil).

- Məktəblərin seçimi hansı qaydada aparılır?

Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.

- Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü?

Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.

- Seçim edərkən eyni zamanda bir neçə məktəbdə qeydiyyatdan keçmək mümkündürmü?

Xeyr.

- Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?

Bəli. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

- Xarici ölkə vətəndaşının qeydiyyatı necə aparılır?

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya xidmətindən aldığı icazə vəsiqəsi əsasında.

- Sual yarandıqda haraya müraciət etmək olar?

- qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya;

- bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən appelyasiya komissiyasına.

- 6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.

- 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?

Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyulun 13-dən 31-dək aparılacaqdır.

- 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?

Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər.

6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, haraya və nə zaman müraciət edə bilər?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.

- Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.

- Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?

Bəli.

- Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?

Ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə.

- Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?

Məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.

- Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.

- Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?

Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

- Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?

Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. “Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.

- Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?

Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar