Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1-ci mikrorayonun köçürülməsi qərarından 2 il ötdü: proses niyə ləngiyir? - Fotolar

1-ci mikrorayonun köçürülməsi ilə bağlı qərardan iki il ötür. Belə ki, 2017-ci ilin mart ayında məlumat yayılmışdı ki, 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binaları söküləcək, onların yerində yeni yaşayış binaları inşa ediləcək. Bildirilmişdi ki, bu, pilot layihədir. Layihə özünü doğrultsaydı, digər mikrorayonlar da yenidən qurulacaqdı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov 2017-ci ilin martın 15-də Bakının 1-ci mikrorayonun yenidən qurulması qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında söyləmişdi ki, ilkin mərhələdə köhnə binalarda yaşayanların köçürülməsi planlaşdırılır. Yeni mənzillər hazır olanadək onlar kirayədə yerləşdiriləcəklər, onların kirayə xərcləri dövlət tərəfindən qarşılanacaq. Kirayə haqlarının ödənilməsi zamanı bazar qiymətləri əsas götürüləcək:

“Sakinlərə veriləcək yeni mənzillərin sahəsi köhnədəkindən 10 faiz artıq olacaq. Ola bilər ki, kimlərsə, yeni binalardan ev və obyekt istəməsinlər, belə olan halda onlara köhnə mənzillərini bazar qiymətinə satmaları üçün imkan yaradılacaq”, - deyə o, bildirmişdi.

Nəzərdə tutulurdu ki, tikinti işləri ümumilikdə 29 hektar ərazini əhatə etsin. Məlumat üçün onu da qeyd edək ki, həmin ərazidə həmin ərazidə 29 beşmərtəbəli, 4 doqquzmərtəbəli, 1 ədədsə 16 mərtəbəli bina var.
Musavat.com-un məlumatına görə 2 il keçməsin baxmayaraq ərazidə hansısa söküntü işləri aparılmayıb. Əksinə, camaat binalarına dəmir qapı qoyub, səliqə-sahman içləri aparıb, əraziyə uşaqların əylənmələri üçün avadanlıqlar quraşdırıblar.

Söhbət etdiyimiz sakinlər bildirdilər ki, sonuncu dəfə 2017-ci ildə onlara köçürülmə ilə bağlı məlumat veriblər:

"Həmin vaxtı bizə dedilər ki, Novruz Bayramından sonra köçürülmə işləri başlanacaq. Biz də özümüzə kirayə mənzillər axtardıq. Elə adam vardı ki, hətta kirayə mənzil tutmuşdu. Ancaq sonradan heç bir xəbər çıxmadı. İndi də bəzi beşmərtəbəli binalar problemli olsa da 9 mərtəbəli binaların çoxu normal vəziyyətdədir. Bu binaların əksəriyyətinin zirzəmisi suyun içərisindədir. Onu çəksələr düzəltsələr hələ bu tikililər 100 il də yaşayar".

Sakin Nəcəf Kazımov bildirdi ki, binaların hamısı təmir olunub:

"Bu binaların içərisi də, çölü də təmir edilib. Yəni camaat öz evini təmir edib, nəticədə binanın içərisi düzəlib. Giriş qapılarını qonşular pul yığıb dəyişib, binanın fasadını da köçürülmə xəbərindən qabaq icra hakimiyyəti təmir eləmişdi. Bircə koridorumuz yoxdur, ona da öyrəşmişik".

2017-ci ildən sonra Bakıda bir çox yerlərdə qeyd edilən pilot layihələr həyata keçirildi. Məsələn, Yasamal rayonu, Nizami rayonu, Nərimanov rayonu, Nəsimi rayonu ərazisində olan 2 və 3 mərtəbəli, köhnə binalar sökülüb, yerində hündürmərtəbəli tikililər ucaldıldı. Yuxarıda qeyd edilən şərtlərin hamısına bu layihələr zamanı əməl olundu. Ona görə də əksər köçürülən şəxslər aparılan işlərdən razı qaldılar. Ekspertlər bildirirlər ki, əslində qərar doğru verildi. Çünki sökülən binaların vəziyyəti 1-ci mikrorayonda olan tikililərdən daha acınacaqlı idi.

Bəs 1-ci mikrorayonda olan binalar yaşamaq üçün təhlükəli deyil?

Ekspert Əzim Məsimov musavat.com-a açıqlamasında "xruşşovka"larla bağlı aşağıdakıları bildirib:

"Bakıda “xruşşovka”ları iki hissəyə bölmək lazımdır: “Birincisi, daşdan tikilən beşmərtəbəli evlərdir. Həmin binaların fundamenti yox idi. Sadəcə olaraq, lentvari yer qazıb, daşların da üstünə divarı hörməyə başlamışdılar. 1970-80-ci illərdə həmin binalar dağılmağa başladı. Əksəriyyətini söküb, yerində başqa binalar tikdilər. İndi də qeyd etdiyimiz binalardan qalanları mütləq sökülməlidir. Çünki hər an uça bilər. İkinci kateqoriyalı beşmərtəbələr isə 1, 2, 3-cü mikrorayonlarda tikilən fransız binalarıdır. Bu binalar möhkəm evlərdir və uzun müddət qala bilər. Hazırda həmin binalarda elə böyük deformasiya yoxdur. Lakin istismarından asılı olaraq burada da fərqli məqamlar var. Məsələn, zirzəmisinə su dolan binaların vəziyyəti digərləri ilə müqayisədə yaxşı deyil. Ümumi götürəndə isə həmin binaların zəlzələyə və istismara dözümü möhkəm idi. Sadəcə olaraq hökumət bu binaları söküb, çoxmərtəbəli binalar tikmək istəyirdi ki, şəhərin görünüşü dəyişsin, həm də daha çox yer əldə edilsin".

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub. Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi.(musavat.com)

pia.az


Etiket: Mikrorayon

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar