Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1,1 manat vəsait ölkədən qanuni qaydada necə çıxarılıb və qayıtmayıb?

Əgər ortada Hesablama Palatasının qeyd etdiyi 1,1 manatlıq kəsir varsa, onda Mərkəzi Bank və Gömrük Komitəsi ölkədən çıxarılan bu məbləğin qanuni qaydada çıxarılmasını iddia edərkən nəyi vurğulayır?..

Bank üzrə ekspert: “Azərbaycandan daha çox pul çıxıb. Bunun qanuniliyi, ya da qanunsuzluğu əsas deyil”.

“Onsuz da banklar vaxtaşırı ölkədən pul çıxardırlar və çıxarmalıdırlar da. Əks halda beynəlxalq ödəniş sistemi fəaliyyət göstərə bilməz”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov ölkədən çıxarılan vəsaitin qanuni qaydada çıxarılması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Hesablama Palatasının son hesabatına əsasən ölkədən çıxarılan 1,1 milyard manat dəyərində xarici valyuta ilə bağlı qalmaqallı açıqlamalar davam edir. Dünən Mərkəzi Bank və Gömrük Komitəsinin yaydığı açıqlamada bildirilir ki, “həmin 1,1 milyard ölkədən rəsmi qaydada çıxarılıb”. Eyni zamanda Mərkəzi Bankın aprelin əvvəlində açıqladığı ötənilki tədiyə balansına dair göstəricilərə görə, 2020-ci ildə ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb.

Əgər ortada Hesablama Palatasının qeyd etdiyi 1,1 manatlıq kəsir varsa, onda Mərkəzi Bank və Gömrük Komitəsi ölkədən çıxarılan bu məbləğin qanuni qaydada çıxarılmasını iddia edərkən nəyi vurğulayır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Ola bilər ölkədən kimsə qanunsuz pul çıxardıb. Fakt odur ki, tədiyə balansının mənfi olmasının qanuniliyə dəxli yoxdur”.

Azərbaycandan daha çox pul çıxdığını və ölkəyə az pul daxil olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, bu pulların hamısının ölkədən qanunsuz çıxdığını demək olmaz. Çünki ölkədən qanunla pul çıxardanda da tədiyə balansında kəsir ola bilər:

“Tədiyə balansında kəsirin olması o deməkdir ki, ötən il ərzində xaricdən daha çox mal, xidmət almışıq,özümüz isə az satmışıq. Yəni ölkə olaraq Azərbaycandan daha çox pul çıxıb və ölkəyə az pul daxil olub. Bu pulların hamısının ölkədən qanunsuz çıxdığını demək olmaz. Çünki ölkədən qanunla pul çıxardanda da tədiyə balansında kəsir ola bilər. Məsələn özümüzü misal götürəcək. Biz il ərzində daha az qazanıb, çox xərcləmişiksə, bu o deməkdir ki, bizim də şəxsi tədiyə balansımızda kəsir var.

Eyni ilə dövlət də belədir. Ötən il pandemiya dövründə bir çox dövlətlərdə tədiyə balansı mənfi idi. Amma tədiyə balansı müsbət olan dövlətlər də oldu. Bu da təbiidir. Çünki kimsə daha çox mal, xidmət satıb, kimsə isə əksinə daha çox mal, xidmət alıb. Azərbaycan məhz mal, xidmət alan ölkələrə aiddir. Yəni Azərbaycan daha çox idxal edib. Buna görə də bizdən daha çox pul çıxıb. Bunun qanuniliyi, ya da qanunsuzluğu əsas deyil.

Ola bilər ölkədən kimsə qanunsuz pul çıxardıb. Fakt odur ki, tədiyə balansının mənfi olmasının qanunluğa, qanunsuzluğa dəxli yoxdur. Kimsə, o cümlədən banklar da ölkədən qanuni pul çıxarda bilərdilər. Onsuz da banklar vaxtaşırı ölkədən pul çıxardırlar və çıxarmalıdırlar da. Əks halda beynəlxalq ödəniş sistemi fəaliyyət göstərə bilməz. Yəni siz, mən xaricə ödəniş ediriksə, son nəticədə banklar o pulu xaricə göndərməlidirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar