Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zeynəb Xanlarovanı digər məmurlarla səhv salmayın." - Mehriban Xanlarova

Zeynəb Xanlarovanın qardaşı qızı bibisi haqqında deyilənləri yalanladı...

Son günlərdə sosial şəbəkələrdə dünya şöhrətli Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Ümumiyyətlə, Zeynəb xanım kimi dünyada nüfuz sahibi olan insanlar haqqında hər zaman danışılır.

Zeynəb xanımın ABŞ-a köçməsi ilə bağlı yayılan məlumatlar yalandır. O, vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır.

Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova bibisi ilə bağlı yayılan məlumatlarla bağlı verdiyi açıqlamada deyib.

“Bilərəkdən, Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın. Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti, ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş.

Zeynəb Xanlarova azdanışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Zeynəb xanım hər zaman, cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli MəclisXəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb?

Ondan başqa kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib? Ondan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?”, - deyə Əməkdar artist qeyd edib.

Mehriban Xanlarova bibisinin maliyyə imkanları ilə bağlı yayılan xəbərlərədə aydınlıq gətirib:

“Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsi ilə qazandığı ruzini yeyir. Qazandığı bu ruzini kimə və hara xərcləməsi isə onun şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur.

Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Onun kimi dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyil. Zeynəb xanım Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar