Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zəhmət çəkin, 190 manatı verin" - Qubad İbadoğlu

"Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq"...

"Dəfələrlə xəbərdarlıq etdim ki, belə idarəçilik olmaz, əvvala, biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən biznesi məhv edirsiniz? İndi biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir".

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün:

- Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;

-Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;

-Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;

-Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;

-Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması təmin edin.

Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq, bəri başdan xəbərdarlıq edirəm.(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Elman Rüstəmov kimi aldadırdı, prezidenti, yoxsa xalqı?” - Qubad İbadoğlu

Koronavirus pandemiyası dövründə sosial paketlər: Xaricdə və Azərbaycanda 

"Zəhmət çəkin, 190 manatı verin" - Qubad İbadoğlu

Ən çox oxunanalar